booked.netbooked.net booked.net  

Müğənni Nadir Qafarzadə yeni layihəsində tərəf müqabili olan xanımla birgə video paylaşıb:

"Həyat yoldaşımla tanış olun. Bizə xoşbəxtlik arzulayın. İnşallah hər şey yaxşı olar. Həyatıma xoş gəldin gülüm, aşkım mənim! Allah bütün sevənləri xoşbəxt etsin!", - deyə bildirib.

Bundan sonra isə həmin video sosial medida yayımlanıb. Çoxları Nadir Qafarzadənin həmin videosunu həqiqət kimi qəbul edib və sosşəbəkə istifadəçilərinin əksəriyyəti həm Nadirin, həm də xanımın ünvanına olmazın təhqirlər, tənqidlər yazıblar.

 Nadir Qafarzadə isə təhqirlərə belə cavab verib:

"Bilirəm ki, dünənki əlval-ruhiyyədən çoxunuz hələ də çıxmayıb. Hətta mənə zəng edənlər, xəbər göndərənlər də oldu ki, bu nədir. Lap elə tutaq ki, Nadir evlənib. Niyə söyürsünüz? Evlənəndə adamı söyüb, təhqir edərlər? Nadir yox, bir başqası olsun. Evlənmək qəbahət, günah, tərbiyəsizlik, əxlaqsızlıqdır? Bu insanlar haradan fikirləşir?  Evlənib etməmişəm. Elə həmin Nadirəm. Bundan sonra mənə yaraşmaz. Uşaqlarım böyükdür, gəlinim, həyat yoldaşım var. Yalnız bir nəfərə sevirəm deyə bilərəm. İkinciyə deyə bilmərəm, utanaram. Necə olur ikinci bir insana da bunu söyləyəsən? İnsan bir dəfə sevir. O, bitirsə, bitib artıq, yenidən başlamır. Ayıbdır, məni söyür, təhqir edirsiniz. Daha ölüm, dirim, atan-ana, nəsil qoymadınız, söydünüz. Niyə görə? Sevəndə insanlar sizdən icazə almalıdır? Hansı başınızla düşünürsünüz? Demirəm ki, o söyüşlər özünüzə getsin, çünki mənə yaraşmaz."

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN