booked.netbooked.net booked.net  

İstiqlal carçısının parlaq siması” adlı tədbir keçirilib...

Yasamal rayon MKS-nin A.Şaiq adına 2 nömrəli kitabxana filialı Telman Abbasov adına 225 nömrəli tam orta məktəblə birgə görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar “İstiqlal carçısının parlaq siması” adlı tədbir keçirilib. Mərkəzi Kitabxanadan "Təzadlar"a bildirilib ki, tədbiri A.Şaiq adına 2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova açaraq, Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, AXC-nin Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə əlaqədar məlumat verdi. O bildirdi ki, böyük şəxsiyyət Məhəmməd Əmin Rəsulzadə ötən əsrin əvvəllərində Azərbaycan  milli  istiqlal  hərəkatına rəhbərlik  etmiş və onunBir kərə yüksələn  bayraqbir  daha  enməz!” ifadəsinin XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olduğunu bildirdi. O qeyd etdi ki, M.Ə.Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

     Yasamal rayon Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Zenfira Nusalova M.Ə.Rəsulzadənin Əlibəy Hüseynzadənin redaktor olduğu “Füyuzat”, Əhmədbəy Ağayevin redaktorluğu ilə nəşr olunan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalə və şeirlərinin çap olunması barədə məlumat verdi. O qeyd etdi ki, gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəylinin 1907-ci ildə çapdan çıxmış müəllifi olduğu “Türk-rus və rus-türk lüğəti”nin  naşiri M.Ə.Rəsulzadə olmuşdur.       Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc vətənpərvər yazar Leyla Mətin şeirlərini söylədi.

      225 nömrəli tam orta məktəbin  Uşaq Birliyi Təşkilatı rəhbəri  Gülnarə Hüseynova çıxışında Azərbaycan xalqının Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə    məhəbbətindən və onun xalqımız qarşısında tarixi xidmətlər göstərdiyindən danışdı.Tədbirdə çıxış edən şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə haqqında danışdılar. Məktəbin 8-ci sinif şagirdi Kiçik Akademiyanın üzvü olan Zəhra Fərəcovanın Məhəmməd Əmin Rəsulzadə haqqında ingilis dilində məlumat verməsi maraqla qarşılandı. Kitabxananın əməkdaşı Aybəniz Əliyeva M.Ə.Rəsulzadənin AXC-nin qurucularından biri olmaqla, Azərbaycanın istiqlal və müstəqillik ideyasını inkişaf etdirən və onu xalq arasında təbliğ edən şəxsiyyətlərdən biri olduğunu bildirdi. Tədbirin sonunda Zenfira Nusalovun fortepianoda ifa etdiyi musiqi sədaları ilə, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin kinomontaj ixtisasının tələbəsi Sevinc Süleymanzadə “Şuşanın dağları” və “Azərbaycan” mahnılarını ifa etdi.Tədbirdə İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin 7 sinif şagirdi həvəskar rəssam Leyla Salmanovanın karandaşla çəkdiyi M.Ə.Rəsulzadənin portreti maraqla qarşılandı. Tədbir "Bir daha yüksələn bayraq bir daha enməz" sözləri ilə başa çatıb.

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN