"Maşa və Ayı"nın Azərbaycan buraxılışı rəsmi yutub səhifələrindən niyə silindi? 

Avqust ayının əvvəlində "Maşa və Ayı" cizgi filminin növbəti buraxılışında Azərbaycandan bəhs edildiyi barədə məlumat vermişdik. Qeyd edək ki, cizgi filminin bu buraxılışı Azərbaycanın "Cırtdan" xalq nağılı əsasında hazırlanıb.

Buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunur. Bundan başqa, filmdə məşhur "Cücələrim” mahnısı da səsləndirilir.

Cizgi filminin bu buraxılışına "YouTube" kanalında qısa müddətdə xeyli baxış olub.

Ancaq məsələ ondadır ki, Rusiya istehsalı olan məşhur "Maşa və Ayı" cizgi filminin Azərbaycandan bəhs edilən bu son buraxılışı rəsmi yutub səhifələrindən silinib.

Şok səbəb də odur ki, qeyd etdiyimiz kimi, avqustun əvvəlində "Cırtdan" xalq nağılı əsasında hazırlanan bölüm Rusiyada fəaliyyət göstərən erməni diasporu nümayəndələrinin, Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan qaldırılıb.

VİDEO BURADA:

https://ok.ru/video/2765946948202

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli
IMAGE
QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM
Wednesday, 27 September 2023
By Şakir Qurbanov

İDMAN