booked.netbooked.net booked.net  

 Bir müddət əvvəl blogger Nastya İvleevanın təşkil etdiyi "çılpaq parti"də boy göstərən 60 yaşlı rusiyalı məşhur aktrisa, aparıcı, müğənni Lolita Milyavskaya konsertlərə, televiziya layihələrinə həsrət qalıb. Müğənni hazırda yalnız "yemək" üçün oxuduğunu etiraf edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, həmin partidən sonra bütün çıxışları ləğv edilib, televiziya layihələrinə dəvət almır.

"İndi yemək üçün oxuyuram. Bunu sınamaq qərarına gəldim və nəticə verdi. Təqaüdçü olmaq yaxşıdır, hamı qayğına qalır".

Milyavskaya mövcud vəziyyətə yumorla yanaşmağa çalışaraq "ləğv edilməsi" ilə bağlı zarafat da edib. O, hazırda ev işləri ilə məşğul olduğunu və qızı Eva ilə daha çox vaxt keçirdiyini qeyd edib.

 Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Prokurorluq və İstintaq Komitəsi "çılpaq parti”yə qatılanlarla maraqlanıb.

Hansı ki, praktiki olaraq çılpaq olan Lolita həmin partiyə  krujeva alt paltarında, corab kəməri və şəffaf örtükdə qatılmışdı.

 O, bu tərzdə blgger Anastasiya İvleevanın qapalı ziyafətində görüntülənib. Sənətçi izah edib ki, dəvətdə geyim kodu göstərilib (qonaqlar demək olar ki, çılpaq gəlməlidirlər), ona görə də əlindən gələni edib.

Onu da əlavə edək ki, Lolita “çılpaq parti” olmasa belə, həm səhnədə, həm də gündəlik həyatında həmin tərzdə geyinib, yəni bu, aktrisa üçün heç də qeyri-adi geyim tərzi deyil...

Amma görünən odur ki, son baş verənlər bardağı daşırıb -  Rusiyada belə bu lüt-üryanlıq qəbul edilmədi və cəza kimi belə şou-biznes nümayəndələri mötəbər tədbirlərə dəvət olunmur, ictimai qınağa məruz qalırlar. 

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN