booked.net booked.net  

Bu gün şəhid Adəm İkram oğlu Heydərov və Vüsal Novruz oğlu Şirinovun anadan olan günüdür
Tarixdə bu gün - 26 mart
2000 — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Adəm İkram oğlu Heydərov Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.
2006-2017-ci illərdə Bum qəsəbəsində T. Yaqubov adına qəsəbə tam orta məktəbində təhsil alıb.
Adəm Heydərov 2020-ci il sentyabrın 27-də torpaqlarımız erməni təcavüzünə məruz qalanda silaha sarılaraq Vətənin müdafiəsinə qalxmışdır. Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qəbələ rayonunun Bum qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
***

Tarixdə bu gün - 26 mart
2002 — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Vüsal Novruz oğlu Şirinov Qusar rayonunun Ləgərqışlaq kəndində anadan olub.
Vüsal Şirinov 2020-ci il sentyabrın 27-də xəyanətkar qonşularımız tərəfindən Vətənimizə təcavüz olunanda silaha sarılaraq, torpaqlarımızı n azad edilməsi uğrunda döyüşlərə atılmışdır. Oktyabrın 25-də Füzuli rayonunun Dövlətyarlı kəndi uğrunda gedən döyüşdə şəhid olub.
Qusar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Şirinov ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, "Xocavəndin azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir
 
Təqdim etdi: Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN