booked.net booked.net  

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) dəstəyi ilə Marionet Teatrında “Biz varıq” adlı səhnələşdirilmiş inklüziv tamaşa nümayiş edilib.

Qoruq İdarəsindən əldə etdiyimiz məlumatda bildirilib ki, “Be Kind” layihəsi çərçivəsində səhnələşdirilən tamaşada sağlamlıq imkanları məhdud olan və olmayan uşaqların iştirakı ilə səhnəciklər və “Dance Ability” komandasının çıxışları izləyicilərə təqdim olunub.

Açılışda “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış edərək inklüziv layihələrin vacibliyini vurğulayıb.

Qoruq İdarəsinin nəzdində fəaliyyət göstərən Marionet Teatrının bədii rəhbəri Tərlan Qorçu və “Be Kind”in təsisçisi Şirin Rzayeva tədbirin təşkilində göstərilən dəstəyə görə iştirakçılara təşəkkürlərini bildiriblər.

İnklüziya üzrə mütəxəssis Zarina Məmmədova xüsusi təhsilin mahiyyəti və onun əhəmiyyəti haqqında danışıb.

Qeyd edilib ki, “Be Kind” xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərmək və onların cəmiyyətdə inteqrasiyasına imkan yaratmaq üçün hazırlanan bir layihədir.

BMT İnkişaf Proqramının Azərbaycandakı məsul əməkdaşı Suxrob Xocimatov tədbirdə qonaq qismində iştirak edərək, Proqramın bu kimi layihələrin keçirilməsinə dəstək olduğunu söyləyib.

Sonra tamaşa təqdim olunub.

Qeyd edək ki, “İçərişəhər” DTMQ İdarəsi xüsusi qayğıya ehtiyacı olan uşaqları daim diqqət mərkəzində saxlayır və bu məqsədlə müxtəlif tədbir və layihələr həyata keçirir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN