booked.net booked.net  

 Ötən gün Vüsal Oğuz adlı bir sosisal şəbəkə istifadəçisi özünün feysbuk səhifəsində aşağıdakı başdaşı şəkillərini eyni düzülüşdə və bu mətnlə təqdim edib (fotolar təqdim edilir)... Tanınmış tarixçi-alim, professor Ədalət Tahirzadə bu fotoşəkillərlə bağlı maraqlı açıqlama yayıb. "Təzadlar" alimin statusunu olduğu kimi təqdim edir:
- Vüsal Oğuz yazır: "Qəbələ rayonunun Xırxatala kənd qəbirstnlığında rast gəldiyim türk əsgərlərinin qəbirləri. 1918-ci ildə yerli əhalinin erməni hücumlarından qorunması üçün döyüşlərə qatılaraq şəhid olan mehmetciklərin məzarı bu gün də kənd əhalisi tərəfindən yad edilir, xatırlanır..Budur türk birliyi, budur şanlı tarix və həqiqət..".
 Feysbukdaşlarıma bildirirəm ki, Xırxatala mənim doğma kəndimdir və onun ən azı 300 illik tarixini 5 barmağım kimi bilirəm. Vüsal qardaşımızı başdaşlarının üstündəki ay-ulduz şəkilləri çaşdırıb və elə bilib ki, bunlar mehmetcik qəbirləridir, halbuki Xırxatalada başdaşlarında ay-ulduz şəkli çəkdirməyin tarixi qədimdir. Vüsal qardaşımız bunu da qeyd edib ki, bu, Ədalət Tahirzadənin atasının dəfn olunduğu məzarlıqdır. Başqa bir soydaşımız da canıyananlıqla yazıb: "İnşallah gəlib o məzarları layiq olduğu vəziyyətə gətirəcəyəm". Belə çıxırdı ki, Ədalət Tahirzadə indiyədək o qəbirləri görməyib, görübsə də mehmetcik məzarlarına sayğısız olub. Həm məlumatın yalanlığına, həm də şəxsimə sayğısızlığa dözməyib, görünür, bir qədər emosional şəkildə aşağıdakı cavabı yazdım: "Lütfən yekə-yekə danışıb camaata yalan bilgi verməyin. Nəinki mənim atamın məzarı olan qəbiristanlıqdakı, hətta Xırxataladakı 3 məzarlıqdakı bütün yazılı başdaşlarını oxuyaraq fotoşəkillərini də "Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı" adlı 352 səhifəlik kitabımda (Bakı: "Sabah", 1996) vermişəm. Xırxatala məzarlıqlarında heç bir mehmetcik dəfn olunmayıb! Yuxarıda soldakı şəkildəki kənd sakini Zilhəccə Eyib qızının, sağdakı isə Molla Soltan Heydər oğlunun məzarının başdaşıdır. Xirxatalalıların ermənilərlə 1918-ci il vuruşu isə mənim həmin kitabımda geniş təsvir edilib".
Bəli, tarix təhrif sevmir, dəqiqlik sevir...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN