booked.net booked.net  

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov bu gün Bakıda "Park Bulvar" ticarət mərkəzində fanatları ilə görüşüb, amma bu görüş çox "yaddaqalan" olub.

Qeyd edək ki, bloger pərəstişkarları ilə görüşəcəyini  və  sevənlərinə bahalı telefon bağışlayacağını sosial şəbəkədəki səhifəsində vəd edir.

Daha sonra bu barədə sosial mediada xəbərlər yayılır... Baş tutan görüşdən görüntülər sosial şəbəkədə yayılıb və sərt şəkildə tənqid edilib. Belə ki, ticarət mərkəzində keçirilən görüşdə izdiham yaşanıb. Saysız-hesabsız insanın bu cür sıxlıq yaratması qınanılıb. Görüşdə sadəcə 5 dəqiqə qalan bloger oranı tez tərk etməli olub. Onun getməsindən sonra bir şəxsin əlində kəmərlə ora toplaşanları vurduğu görüntüsü yayılıb. Hüseyn isə məsələ ilə bağlı açıqlama yayıb, daha sonra həmin şəxslə görüşüb. O bildirib ki, əlində kəmər tutan kişi səhnəni quraşdıran şəxs olub: "O, insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin, çünki orada bir qız huşunu itirmişdi, onu çıxartmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?".

Həmin şəxsin fotosunu yayımlayan bloger "O, çox yaxşı insandır" sözlərini əlavə edib.

Xatırladaq ki,  bloger Hüseyn Həsənov ötən il Rusiyada onu pulsuz  ünvana çatdıran taksi sürücüsünə maşın hədiyyə edib və bu barədə "İnstagram" səhifəsində məlumat verdikdən sonra gündəmə gəlmişdı. Belə ki, o, Moskvada bir neçə taksiyə yaxınlaşıb və pulqabısını evdə unutduğunu bildirib. Təcili bir ünvana getməli olduğunu deyib. Bəzi sürücülər bundan imtina etsə də, yalnız biri razılaşıb. Taksiyə əyləşən Hüseyn yol boyunca sürücü ilə söhbət edib. Həmin adam Qırğızıstandan gəldiyini, çoxlu borcunun və hətta qızının əməliyyatı üçün xeyli pula ehtiyacının olduğunu söyləyib. İstədiyi yerə çatan bloger mağazaya girərək sürücüyə “KIA” markalı bir avtomobil alır. O, elə yerindəcə maşını onun adına keçirərək, hədiyyəni təqdim edib. Elə bunadan sonra da etdiyi hədiyyə barədə məlumat yayır. Necə deyərlər, hər adamın etmədiyini edərək, "gözə girməyi", dillərdə dastan olmağı an məsələsi olur - sosial şəbəkələr, saytlar, tv-lər onun bu comərdliyindən bəhs edir. Və bu piar bir "KİA" maşınını səxavətlə bağışlaması nəticəsində baş tutur (rublla milyon yarım, təqribən 30 min manatdan bir qədər artıq -red). İndi isə səxavətini göstərərək, pərəstişkarlarına bahalı telefon söz verir. Və bundan sonra olan oldu... Və heç də yaxşı olmadı... Çünki Azərbaycan DİN məlumat yaydı ki, "özünü pis aparan" 15 nəfər saxlanılıb...

Videonu təqdim edirik...

Y.Məmmədli

   

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN