HƏFTƏBECƏR
Şairə sayılan, lakin bircə şeiri də yadda qalmayan, özü də şou-biznes nümayəndəsinə çevrilən Nazilə Səfərli sosial şəbəkədə əri ilə olan şəklini paylaşıb və belə şərh yazıb: “Bax, hamınız deyirsiniz ki, mən kökəm, yekəyəm. Yoldaşımla yan-yana duranda elə də yekə deyiləm. Demək ki, hər qazanın öz qapağı...”
P.S. Boy, ay Nazilə xanım, “hər qazanın öz qapağı” nə deməkdir? Hər kişinin öz papağı eşitmişik, amma “hər qazanın öz qapağı” sözləri bir az qaranlıq qalır e... Belə çıxır ki, həyat yoldaşın danqıldayan boş qazanın qapağıdır? Kişini belə ələ salmazlar axı. İndi kişi də durub “bu Nazilənin köklüyü başıma bəladır” desə, xoşuna gələr? Ayıbdır, belə söhbətlər edib kişini gözdən salmaq, şairliyin də adına xələl gətirmək.