booked.net booked.net  

30 ildən sonra Füzuli şəhər məktəbində ilk zəng səsləndi. Bu barədə Füzulidə səfərdə olan deputat, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.
O, diqqətə çatdırıb ki, 40-cı ilədək 40 min vətəndaş Füzuliyə -doğma yurduna qayıdacaq.  
"Həyat və gülüş Füzuliyə, Qarabağa qayıdır. Məskunlaşma prosesi də sürətlə davam etdirilir. Artıq 150-ə yaxın ailə şəhərdə məskunlaşıb. Sentyabrın sonlarda daha bir köç olacaq. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ildə Füzuli şəhərini işğaldan azad edən zaman üçrəngli Azərbaycan bayrağını asmaq üçün dağıdılmamış bir tikili belə tapmaq mümkün olmamışdı. Ermənistan işğalı nəticəsində şəhər tamamilə dağıdılaraq xarabalığa çevrilmişdi. Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri bu gün öz döğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyur.
Füzuli şəhərinə son səfərimdə də həmyerlilərimizin üzündəki sevinci izləmək çox qürurverici idi. Füzuli rayonunun tarixində yeni səhifə açılmaqdadır.
Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq", - deyib.
Həmçinin iqtisadçı vurğulayıb ki, növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq.
"46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək", - deyə bəyan edib.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN