booked.netbooked.net booked.net  

Bu gün cəmiyyət universitet ilə peşə məktəbini dəyişik salır. Universitetin əmək bazarının çevik dəyişikliklərinə uyğunlaşması mümkün deyil. Çünki universitet akademik bilik verir və ən azı elmi tədqiqat işləri nəticəsində əldə edilmiş nəticələri öyrədir. Yəni universitetin bütün təhsil alanları məzun olan kimi iş tapmalıdır deyə bir mexanizm yoxdur və ola da bilməz. Çünki universitetin verdiyi informasiyalar köhnə informasiyalardır.
TEZADLAR.AZ xəbər verir ki, bunu təhsil eksperti, "Təhsil Ekspertləri Mərkəzi"nin təsisçilərindən biri Kamran Əsədov bildirib.
 
Ekspert vurğulayıb ki, peşə təhsili isə, az qala hər gün yenilənə bilər və yenilənir.
"Müqayisə edək: Universitet kompüter mühəndisi ixtisası üzrə kadr hazırlamaq üçün 4 il vaxt və ümumilikdə 12.000 manat sərf edir, peşə təhsili isə kompüter sistemləri üzrə mütəxəssisi 6 aya hazırlayır və 800 manat vəsait xərcləyir, hansısa bir kompüter hazırlığı kursu isə 3 ay vaxt və 150 manata bu işi görür.
Başqa bir misal, bir ixtisaslı jurnalist olmaq üçün kimsə 4 il oxuyur, vəsait xərcləyir, kimsə başqa bir sahədən gəlib jurnalist kimi fəaliyyət göstərir.
Bu iki nümunədə sizcə hansı mütəxəssis daha tez və yaxşı maaşa iş tapacaq?
Mənim bir qonşum var idi, məktəbi güclə qurtarmışdı. İndi çox yaxşı avtomobil ustasıdır. Maşınqayırma ixtisasını bitirən onun bildiyini bilmir.
Başqa bir tanışım, məktəbdə Fizikanı bilmirdi, amma indi yaxşı elektrikdir. Digər biri yaxşı ustadır, bənna.
Yəni biz bilik və bacarığı qarışdırmayaq.
Baxın, cəmiyyətin qarışdırdığı nəticədir. Yəni biz deyirik ki, məzun işlə təmin olunsun. Bəli, yekunda nəticə bu olmalıdır. Amma peşəkar mütəxəssis kim olacaq?", - o, deyib.
Kamran Əsədovun fikrincə, bu gün Azərbaycan universitetlərinin ciddi şəkildə innovativ yenilik problemi var.
"Yenilik universitetlərin təmir olunması deyil, yenilik yaxşı laboratoriyadır, yaxşı elektron kitabxanadır, yaxşı tədqiqat və təcrübə mərkəzidir. Bunlar bizim hansı universitetdə var və yaxşı vəziyyətdədir?
Bir də, heç də hamı universitetdə pulsuz təhsil almamalıdır. Yəni 400, 500, 600 bal toplayan da, 180, 200 bal toplayan da pulsuz oxumamalıdır.
Bir sərmayəni onu kadr kimi geri qaytarma potensialı olana qoymalıyıq ki, rəqabət olsun. Kimsə 600 balla pullu tibb, hüquq ixtisasında oxumalı, kimsə də 180 balla başqa bir ixtisasda pulsuz təhsil almamalıdır. Dövlət istedadlı gənclərin təhsilinə dəstək verməlidir", - təhsil eksperti diqqətə çatdırıb.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN