booked.netbooked.net booked.net  

"Təhsil Ekspertləri Mərkəzi" ni təsis etdik. TEZADLAR.AZ xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında məlumat verib.
O, diqqətə çatdırıb ki, "Təhsil Ekspertləri Mərkəzi" ölkəmizdə təhsil islahatları dövründə yaranan problemlərin meydana çıxma səbəblərini araşdırmaq, onların aradan qaldırılması ilə bağlı təhlillər, təhqiqatlar aparmaq, həmin problemlərin həlli ilə bağlı təkliflərlə çıxış etmək məqsədi ilə təhsil ekspertləri: İlham Əhmədov, Məzahir Məmmədli, Sona Əliyeva, Kamran Əsədov, Elşən Qafarov, Vüsal Kərimli, Elçin Əfəndiyev, Elmin Nuri, Adil Vəliyev tərəfindən tərəfindən 06. 02. 2024 -cü il tarixində təsis edilmişdir.
Kamran Əsədov, həmçinin "Təhsil Ekspertləri Mərkəzi" olaraq təhsil prosesinin tərəflərini, (təhsilverənləri, valideyinləri, təhsilalanları) ziyalıları, təhsil sahəsində QHT -ləri, təhsil idarəetmə orqanlarını, təhsil sahəsində araşdırmaçı mütəxəsisləri və KİV nümayəndələrini də əməkdaşlığa dəvət etdiklərini bildirib.
Təhsil eksperti mərkəzin yaranma səbəbini, məqsədini  və görüləcək işləri də açıqlayıb.
"Mərkəz həm paytaxtda, həm bölgələrdə təhsil prosesini və problemlərini yaxından izləyəcək, təhsilin inkişafı üçün təkliflərini hazırlayıb təqdim edəcəkdir.
Həmçinin Mərkəz tərəfindən mütəmadi olaraq təhsil prosesinin iştirakçıları üçün təlimlər və dəyirmi masalar, müzakirə klubları təşkil olunacaqdır.
Əsas məqsəd təhsilin tərəflərini maraqlandıran məsələlərə yaxından dəstək verməkdir", - deyə məlumatda qeyd edilir.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN