booked.net booked.net  

 Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, Türkiyədə altı nəfərdə koronavirusun “omikron” variantına yoluxma halı qeydə alınıb.

Fahrettin Koca jurnalistlərə açıqlamasında yoluxanlardan bir nəfərin İstanbulda, beş nəfərin isə İzmirdə müəyyən edildiyini bildirib.

Onun sözlərinə görə, yeni ştamma yoluxanlarda çox yüngül simptomlar olduğu üçün heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb və ambulator nəzarətdə saxlanılırlar.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Azərbaycanda hələ ki "Omikron" ştammına rast gəlinmədiyini bildirib.

Lakin çox yaxın qonşumuz, dost və qardaş ölkə Türkiyədə koronavirusun “omikron” ştammının aşkarlanması,  Azərbaycanda da bu varianta yoluxmanın yaxın zamanlarda baş verə biləcəyinin qaçılmaz olmayacağının xəbərçisidir. Lakin hər zaman olduğu kimi, bu ştamma yoluxmamanın da ən vacib qorunma yolu gigiyena qaydalarına riayət etmək və ictimai yerlərdə maksimum maskadan istifadə etməkdir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına “Omikron” adını verib. Onun daha yüksək yoluxuculuq qabiliyyətinə malik olduğu və daha ağır xəstəliklərə səbəb olduğu bildirilib.

UST-ün məlumatına görə, indiyədək "omikron" ştammı dünyanın 57 ölkəsində aşkar edilib.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN