booked.netbooked.net booked.net  

(Əvvəli saytın 04 oktyabr 2023-cü il tarixli buraxılışında)

"M.Şıxəliyev 2009-cu ilin fevral-iyun aylarında Nizami Kazımovdan MTN-nin inzibati binasının yaxınlığında dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə 5 dəfəyə 150.000, 280.000, 300.000, 200.000 və 70.000 ABŞ dollarından ibarət olmaqla 1.000.000 ABŞ dolları, ümumillikdə vahid niyyətlə külli miqdar təşkil edən 2.000.000 ABŞ dolları məbləğində rüşvət almlışdır..." 

Azərbaycan Respublikası adından HÖKM

 Bakı şəhəri İş № 1-1(093)-9/2022 21.09.2022-ci il BAKI HƏRBİ MƏHKƏMƏSİ

Hakim Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi ilə, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, Məmmədova Aygün Fərhad qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının  ***müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, I dərəcəli hüquqşünas Mehrəliyev Vüsal Bəhram oğlunun, müdafiəçilərin və zərərçəkmişlərin iştirakı ilə açıq məhkəmə iclasında cinayət işinə baxaraq HÖKM ETDİ:

"... M.Şıxəliyev, həmçinin mütəşəkkil dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə sonuncunun xidməti kabinetinə gətirilməsini təmin edib həbsdə saxlanılacağı, başına torba salınaraq maskalıların yanına aparılacağı, 12 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə sonuncunun xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda barəsində cinayət təqibinə xitam verilməsi və həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində Nizami Kazımovdan birbaşa yolla həmin dövrün məzənnəsi ilə 2.438.100 manat təşkil edən 3.000.000 ABŞ dolları məbləğində külli miqdarda maddi nemət olan nağd pulu rüşvət kimi istəmişdir. O, sonra tələb olunan pulun məbləğində razılaşa bilmədikləri üçün mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla rüşvətin yarısını dərhal, qalanını sonradan hissələrlə ödəmək şərti ilə qeyd edilən qərarları 2.000.000 ABŞ dolları müqabilində qəbul etməyə razılaşmış, bununla əlaqədar 03 dekabr 2008-ci il tarixdə saat 13 radələrində MTN-nin inzibati binasının yaxınlığında Nizami Kazımovun kürəkəni Nadirli Samir Tahir oğlunun gətirdiyi 1.000.000 ABŞ dolları məbləğində nağd pulu dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə qəbul edib Nizami Kazımovun həbsdən azad olunmasına qanuni görünüş yaratmaq üçün Vüsal Ələkbərovun vasitəsilə Samir Nadirliyə vurulmuş ziyanın guya ödənilməsi barədə sonuncuya və Nizami Kazımova 02-03 dekabr 2008-ci il tarixlərdə həqiqətə uyğun olmayan ərizələr yazdırıb müvafiq ifadələr almaqla mütəşəkkil dəstə tərkibində qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə ağır cinayətlər haqqında cinayət işi üzrə qətimkan tədbiri ilə əlaqədar olan sübutları saxtalaşdırmışdır.

 Eləcə də Nizami Kazımovun barəsində “həbs” növündə qətimkan tədbirinin “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz olunması üçün müraciətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılıb 03 dekabr 2008-ci il tarixli qərarla təmin olunmasına nail olduqdan sonra, qabaqcadan razılaşdırıldığı kimi 2009-cu ilin fevral ayından həmin ilin iyun ayına kimi Nizami Kazımovdan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 164 saylı evin yaxınlığında «Qələbə dairəsi» adlanan ərazidə və MTN-nin inzibati binasının yaxınlığında dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə beş dəfəyə 150.000, 280.000, 300.000, 200.000 və 70.000 ABŞ dollarından ibarət olmaqla 1.000.000 ABŞ dolları, ümumillikdə vahid niyyətlə külli miqdar təşkil edən 1.613.253 manata bərabər 2.000.000 ABŞ dolları məbləğində nağd puldan ibarət rüşvəti qəbul eetmişdir. Bununla da o, əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Vüsal Ələkbərov və qeyriləri ilə aralarında bölərək, Nizami Kazımovun barəsində cinayət təqibinə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 39.2-ci maddəsinə əsasən xitam verilməsinə dair dəstənin üzvü Vüsal Ələkbərov tərəfindən 13 iyun 2009-cu il tarixli qərar qəbul edilməsini təmin etməklə, mütəşəkkil dəstə tərkibində qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırmış, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks- kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Nizami Kazımovun hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

***

 Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 613 №-li cinayət işi üzrə özünün göstərişi əsasında Vüsal Ələkbərovun 03 oktyabr 2008-ci il tarixli qərarı ilə “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialına ayrı-ayrı şəxslər tərəfindən qoyulmuş, o cümlədən oğlu Rüstəm Səfərov, qızları Səkinə Seyidova və Günay Məmmədovanın adına olan cəmi 245.000 ABŞ dolları məbləğində əmanəti dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə “Kapital Bank”ASC-nin «Tərəqqi» filialının müdiri vəzifəsində işləmiş Səfərov Hüseyn Nəriman oğlunun CMnin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsindən sonra, İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2008-ci ilin oktyabr ayının əvvəllərindən etibarən Hüseyn Səfərovu dəfələrlə saxlanıldığı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin İstintaq Təcridxanasından şəxsən öz xidməti otağına, həmçinin mütəşəkkil dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə sonuncunun xidməti otağına gətirilməsini təmin edib qohumu Kazımov Nizami Firudin oğlundan fərqli olaraq həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə sonuncunun xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayətprosessual qanunvericiliyi ilə əsas olmadığı halda barəsində cinayət təqibinə xitam verilməsi və həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində Hüseyn Səfərovdan birbaşa yolla həmin dövrün məzənnəsi ilə 1.625.400 manat təşkil edən 2.000.000 ABŞ dolları məbləğində külli miqdarda maddi nemət olan nağd pulu rüşvət kimi istəyərək tələb olunan rüşvətin 1.650.000 ABŞ dolları məbləğində hissəsinin qabaqcadan, qalanının Hüseyn Səfərov həbsdən azad edildikdən sonra ödənilməsinə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmış, bununla əlaqədar Hüseyn Səfərovun həbsdən azad olunmasına qanuni görünüş yaratmaq üçün dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə əmanətçilər Rüstəm Səfərov, Səkinə Seyidova, Günay Məmmədova, Məmmədov Sabir Abbas oğlu, Məmmədov Nazim Abbas oğlu, Hüseynov Azər Şahin oğlu, Mustafayev İlham Səməd oğlu, Kazımov Tahir Həsən oğluna vurulmuş ziyanın guya ödənilməsi barədə 12-13 dekabr 2008-ci il tarixlərdə həqiqətə uyğun olmayan ərizələr yazdırıb müvafiq ifadələr almaqla mütəşəkkil dəstə tərkibində qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə ağır cinayətlər haqqında cinayət işi üzrə qətimkan tədbiri ilə əlaqədar olan sübutları təkrarən saxtalaşdırmış, 15 dekabr 2008-ci il tarixdə saat 20 radələrində MTN-nin inzibati binasının arxa nəzarət-buraxılış məntəqəsinin yaxınlığında, Bakı şəhəri, Ə.Xanbabayev küçəsi, 3 saylı evin qarşısında Hüseyn Səfərovun oğlu Rüstəm Səfərovdan 1.650.000 ABŞ dolları məbləğində nağd pulu dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə qəbul edərək, Hüseyn Səfərovun ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri-mümkünlüyünə əsaslanmalı olduğu halda, CPM-nin 157.8.1-ci maddəsinin tələblərinə zidd olaraq onun ağır xəstəliyi ilə əlaqədar stasionar müalicəyə ehtiyacı olması haqqında məhkəmə-tibbi ekspertizasının 16 dekabr 2008-ci il tarixli 297/KEŞ saylı rəyinə əsassız istinad etməklə Hüseyn Səfərovun barəsində həbs qətimkan tədbirinin tətbiqinə xitam verilməsinə dair dəstənin üzvü Vüsal Ələkbərov tərəfindən 19 dekabr 2008-ci il tarixli qərar qəbul edilməsini təmin edib həmin qərarı şəxsən icraya yönəltdikdən sonra, qabaqcadan razılaşdırıldığı kimi Hüseyn Səfərovdan dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə 2009-cu ilin aprel ayında MTN-nin inzibati binasının arxa nəzarət-buraxılış məntəqəsinin yaxınlığında, Bakı şəhəri, Ə.Xanbabayev küçəsi, 1 saylı evin qarşısında 350.000 ABŞ dolları məbləğində nağd pulu, ümumillikdə vahid niyyətlə həmin dövrün rəsmi məzənnəsinə görə 1.609.370 manat təşkil edən 2.000.000 ABŞ dolları məbləğində külli miqdarda rüşvəti qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Vüsal Ələkbərov və qeyriləri ilə aralarında bölərək, mütəşəkkil dəstə tərkibində qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları təkrarən saxtalaşdırmış, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əkskəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Hüseyn Səfərovun hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur...

(Davamı var)

"Təzadlar"ın Araşdırma Qrupu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN