booked.netbooked.net booked.net  

Bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli cari ilin 9 ayı ərzində 1031 tenderin nəticəsinin ləğv olunduğunu bildirmişdih...
Bəs bu necə ola bilərdi? Yəni, tender qaydalarına uyğun olaraq müvafiq sənədlər İqtisadiyyat Nazirliyindən keçibsə, sonradan onların ləğvi üçün əsaslar və ya problemlər, lap dərinə getsək, qanunsuzluqlar nədən ibarət olub?
Multi Media Mərkəzinin rəhbəri, tanınmış ekspert Osman Gündüz bu barədə maraqlı açıqlama ilə bu və ya digər suallara aydınlıq gətirməyə çalışıb. Sitat: "...Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi səbəb olaraq satınalmalarla bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edildiyini göstərir... Bu, həmin dövrdə imzalanan müqavilələrin 14.2 faizini təşkil edirdi. Əlbəttə, bunlar ciddi rəqəmlərdir, diqqət cəlb edəndir, güman ki, onların ləğvi Antiinhisara da asan başa gəlməyib. Amma, düşünürəm ki, reallıqda bu rəqəm daha çoxdur. Güman etmək olar ki, Antiinhisar Dövlət Xidməti bu nəticələri də yalnız daxil olan müraciətlər əsasında ləğv edib. Müşahidələrimizə əsasən qeyd edə bilərik ki, son dövrlərdə vəziyyət elədir ki, bir çox tender iştirakçıları öncədən separat sövdələşmə apararaq tenderləri qazanırlar. Yəni, ciddi rəqiblərə bildirilir ki, artıq "danışılıb" və onların tenderə qoşulması mənasızdır. Bəzi dövlət qurumlarının isə uzun illərdi ki, öz şirkətləri, hətta şirkətlərinin "şirkətləri" də formalaşıb. Layihələrin dəyəri bəzən bir neçə dəfə şişirdilir. Xüsusilə də, müşahidələr göstərir ki, İKT sektorunda, İT sahəsində satınalmalarla bağlı problemlər daha da çoxalıb, vəziyyət pisliyə doğru dəyişib. Effektivlik və səmərəlilik hədsiz azalıb. Ən biabırçı hallar isə texniki şərtlərlə bağlı olur. Texniki şərtlər bilərəkdən elə tərtib olunur ki, öncədən kimin qalib gələcəyini müəyyən etmək olur. Ümid edirəm satınalmalarla bağlı yeni qanunun qəbulundan sonra Antiinhisar Dövlət Xidməti dövlət nəzarətini gücləndirəcək, şəffaflığı və ictimai nəzarət imkanlarını genişləndirəcək...".
Bəli, hələki reallıq belədir və reallıqla barışmaq isə zəiflərə məxsus seçimdir...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN