booked.netbooked.net booked.net  

Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə

Düşmən üstə ildırım tək çaxıb getdi oldu paşa,

Qoymadı ki, düşmənləri əl-qol aça, həddin aşa...

Xilaskar tək alqışlandı: Yaşa, yaşa, min yaşa!

Tanrı onu yetirdi ki, olsun Öndər, Ata türkə!

Bu gün bütün Turan deyir rəhmət olsun Atatürkə!

 

Neçə dəfə əl uzatdı türk qardaşa türk qardaşı,

Sınaq oldu mehmetçiyə “Çanaqqala”-yurd savaşı...

Tarix görməz məğlub olsun çaqqallara qurd savaşı,

Firəng, yunan... çox çalışdı səngərlərdə bata türkə.

Bu gün bütün Turan deyir rəhmət olsun Atatürkə!

 

Tarixin bir səhifəsində bir kəsərli sözü yoxlar,

Haqq-ədalət görəmməyən, varam deyən gözü yoxlar,

Var olmağa can  atdılar boy göstərsin özü yoxlar,

Soyqırım tək yalan, böhtan çalışdılar ata türkə!

Bu gün bütün Turan deyir rəhmət olsun Atatürkə!

 

Çıxıb hər cür sınaqlardan, türk əyilməz hər çətinə,

Altaylardan Batıyadək hamı heyran qüdrətinə,

Tarix özü şahid olub bu ulu türk millətinə,

Allahıma duam budur - heç gəlməsin qada türkə!

Bu gün bütün Turan deyir rəhmət olsun Atatürkə!

 

Min illərin arxasında kökü qədim, soyu ulu,

Getdiyimiz babaların çox müqəddəs Turan yolu,

Birləşəcək neçə türkün bükülməyən  vuran qolu,

Onda dünya çalışacaq qüdrətində çata türkə!

Bu gün bütün Turan deyir rəhmət olsun Atatürkə!

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN