booked.netbooked.net booked.net  

Artıq 3 həftədir ki, 6 ərzaq növünün qiyməti ucuzlaşmaqda davam edir: qarabaşaq (qreçka), kartof, soğan, kələm, kök, şəkər.

*** 

“Cari həftədə qarabaşaq yarmasının qiymətləri 1,3%, şəkərin 0,8%, soğanın 0,3%, kartofun qiymətləri 0,7% ucuzlaşıb. Bu həftə üç regionda günəbaxan yağının qiymətində 1,1% ucuzlaşma müşahidə olunub: Almatı şəhəri, Almatı və Şərqi Qazaxıstan vilayətlərində”.

Yerli KİV-in məlumatına görə, bunu Qazaxıstan Respublikasının Ticarət Komitəsinin sədri Aydar Abildabekov  Baş nazirin müavini - ticarət və inteqrasiya naziri vəzifəsini icra edən Serik Jumanqarinin sədrliyi ilə keçirilən iclasda sosial əhəmiyyətli ərzaq məhsulları üzrə həftənin qiymət vəziyyətinin yekunları və qiymətlərin sabitləşdirilməsi tədbirlərinin müzakirəsi zamanı açıqlayıb.

 Bundan əlavə, Yağlı Toxum Emalçıları Assosiasiyasının məlumatına görə, 2022-ci ilin oktyabr-noyabr ayları ilə müqayisədə günəbaxan şrotu/jımıxının qiymətləri ötən ilin noyabr ayı ilə müqayisədə 30%, günəbaxan yağının qiyməti 19%-ə qədər ucuzlaşıb. İndi yerli yağ emalı zavodlarının bir litr rafinə olunmuş günəbaxan yağının satış qiymətləri 630-680 tenge  (təqribən 2.45 manat -2.65 manat) arasındadır.

 Manqistau vilayətində qiymətlərin enmə tendensiyası davam edir. Bundan əlavə, bu həftə Qərbi Qazaxıstan vilayətində (-0,1%) müsbət qiymət tendensiyası qeydə alınıb. Burada soğan (-2,9%) və şəkərin (-3,8%) qiymətləri xeyli aşağı düşüb. Şimali Qazaxıstan vilayətində qiymətlər stabilləşib.

 “Biz əmtəə müdaxilələrinin nəticəsini görürük və erkən məhsul gələnə qədər bu işi davam etdirməliyik”, - deyə Serik Jumanqarinin bildirib.

***

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi tərəfindən ən böyük düyü emalı müəssisələri ilə danışıqlar aparılmış və qiymətlərin (1 kq) 420 təngədən (təqribən 1.56  AZN) 350 təngəyə (təqribən 1.30 AZN) endirməyə razılaşmışdılar.

Qeyd edək ki, statistik məlumatlara görə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 5 min 163,4 ton duru bitki yağları istehsal edilib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 44,6 faiz azalıb. Cari ilin martın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 5 min 488,2 ton təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin fevral ayında Azərbaycanda duru bitki yağlarının qiymətləri zeytun yağı istisna olmaqla ucuzlaşıb. Belə ki, yerli günəbaxan yağının orta aylıq pərakəndə satış qiyməti aylıq müqayisədə 2,5 faiz ucuzlaşaraq 5,37 manat, idxal günəbaxan yağının orta aylıq pərakəndə satış qiyməti isə 0,4 faiz aşağı düşərək 6,25 manat olub

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN