booked.netbooked.net booked.net  

Hiyləgər xəstəliyin “əlacı” hiyləgər olan kimi...

Nizami Süleymanoğlu

Bəşəriyyət Allahın ruh plantasiyasıdır. Əkin sahibi biçin sahibliyinə də haqlıdır. İnsanı yaradan Allahdırsa, ruh da ona aiddir. Amma İblis başqa iddiada...

İblisə qiyamətə qədər möhlət verildiyi məlumdur. Bu möhlət qarşısında onun məlum ritualda daşlanması nə qədər məntiqlidir bilmirəm. İblis insanları sınayacağını Allaha demişdi axı. Məncə, insanlar beyinlərindəki şeytanı görməzlikdən gəlir və buna görə də indiki dünya prosesi qiyamət təzahürlərini sərgiləyir.

Qorxu onu anlamayana zorakı yanaşmada israr edir. Amma qorxunu anlayanları qorxu ilə qorxutmaq çətindir. Qorxuyaratma təsvirləri nə qədər çoxşaxəli, ətraflı, üzücü, bezdiricidirsə, bu durum qorxunun daha dərin qatlara kök salmasına yarayır. İnsan arzuları, istəkləri ilə dünyadan zövq alar. Amma manipulyasiya natiqləri buna zidd gedir. Onlar sosial fobiyanı tətikləyir. İnsanların öz düşüncələrinə nəzarəti pozmaq təşəbüssləri ilə beyinlərə psixoloji  təsir göstərir. Qorxu yayanlara qarşı ən yaxşı mübarizə üsullarından biri yanlış anlaşılmasın,  mübarizə aparmamaqdır, mübarizədən imtinadır. Çünki qorxuya diqqət artanda onun təsirediciliyi də artır. Qorxunu heçə sayanda isə o, heçliyə dönür və ya qorxusu azalır. Unutmaq olmaz ki, zehin-beyin işğalında silahlı terrorun yerini söz terrorçuları alar.

Qorxu yayanlar insanları öz fikirləri ətrafında daha çox düşünməyə cəlb edir ki, bu psixoloji tələdir. Onlar beyinlərin həssas nöqtələrini - stress, depressiya mərkəzini qıcıqlandırır. Onların fikirləri dərhal qəbul edilməməlidir. Ağıl bu fikirləri analiz etməlidir.  Məyusedici emosiyalar doğuran fikirlərə qarşı QALXAN EFFEKTİ  yaradan fərqli fikir mövqeyində olmaq gərək. 

Fikirlər bəzən it xislətli olur, qaçdıqca arxanızca düşər. Qorxu yaradan fikirlərdən qaçmaq əvəzinə, onları tanımaq lazımdır. Ötürülən mənfi fikirlərdən qaçmaq onlarda şüurlara soxulmaq israrını artırır. Tərs - əks effekti yaradır. Tanınmayan, bilinməyən terroristləri zərərsizləşdirmək çətindir. Bu baxımdan, məlum hissləri, duyğuları, fikirlərdəki niyyətləri tanımaq doğrudur. Qorxunun varlığına inanmaq doğrudur, qorxudan qorxmaq yox! Qorxmaq, təslim olmaq beyni qorxu yaradan fikirlərə vərdiş etdirmək deməkdir. Qorxu yayanlar insanların özlərini özlərinə qarşı, öz əleyhlərinə çıxma təlqini yaratmağı hədəfləyir. Onlar buna görə qorxu reklamlarına üstünlük verir. İnsanlar nə qədər neqativ olursa, üzərlərinə də o qədər arzulanmazlıq çəkib neqativ olur. Qorxu da belədir. PİS NİYYƏTLƏ QORXU YAYANLAR PİS ADAMLIĞA VƏRDİŞ EDİR. Düşüncələrini saxta canıyanalıqla süsləsələr də inandırma qabiliyyətləri aşağı olur. Onlar məlumatlandırılıb, proqramlaşdırılanlardır. Təfərrüata varmıram.

Əhval-rühiyyə, özünə nəzarət pozulanda insanlar əsəb qüvvəsini də, onun ehtiyatını da itirə bilir. Yazıçılıq - yaradıcılıq başqa, dırnaqarası xəbərçilik başqa... Heyf, yazıçılıq, analtik fikiryayma qeybət formasına və daha betərinə çevirilib. Amma ruhi məmnunluğu olmayanlarda düşüncə məmnunluğu da olmur.

Quranda bir ifadə var: “Ağıl etməzmisiniz?”.  İnsanın dediyi, yazdığı sözlər canlanır, vücud bulur, hərəkət edir. Ona görə də sözlərə diqqət edilməlidir. Söz necə deyilirsə, elə ola bilir.

İndiki zaman proseslərində məlum qorxu, həyəcan, gərginlik dünya insan əcdadlarının insanlara “Ayıq-oyanıq olun!”  harayıdır. KÜRƏSƏLLƏŞDİRMƏ İFADƏSİ KÖLƏLƏŞDİRMƏ ASSOSİASİYASINI YARADIR.

Dünyaya kölə ruhunun təlqinləri şiddətlənir. Sərvətlərin məlum, beynəlxalq istismarlarından əlavə, müstəmləkə ruhu torpaqların ələ keçirilməsi ilə davam və inkişaf etdirilir yeni fəndlərlə. COVID-19  insan hüquqları bəhanəsi ilə dünya ölkələrinin daxili işlərinə, sosial həyatına  müdaxilə imkanlarına rəhmət oxuyacaq. Bəşəriyyət anlayacaq ki, qlobal dərdin dərmanı qlobal olar. 

Pandemiya fakt oldu. Amma hadisələrin şübhələr, hiylələr, fərqli gerçəklərlə parlaq verməsi də fakt. Məqsədin birinci mərhələsinə xeyli çatıldı. Dünya psixoloji, bioloji, tibbioloji və sairəoloji parametrlərdə “iynələndi”. BMT diplomatı, risk uzmanı professor Hüseyn Çiloğlunun bildirisinə görə, il yarımlıq məlum prosesin təzahürləri BEŞ MİLYON yan təsirlər yaradıb. Bu, inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən YAN ETKİLƏR BİLDİRİŞ SİSTEMİ QURUMUNUN hesablamalarıdır. Normal vəziyyətlərdə bu yan təsirlər 20-60 min arasında olur. Gerçəklik müqayisəsi fərqin dəhşətlərini sərgiləyir. Halbuki məlum yan təsirlər  5-10 il arasında öncədən hesablanmalı idi ki, bəşəriyyət zülmə məruz qoyulmasın.

Dünya Səhiyyə Təşkilatı “iynələmədə” fərqli təyinatların insan səhhəti üçün ciddi risk amilinə diqqət çəkdi. BMT isə YAPAY insan, robot xidmət (üz tanıma və s.) mövzusunda texnologiya satışlarının keçici zamanla da olsa, durdurulmasının vacibliyini anladıb.

İnsanların dərrakəsi İlahi sirlərə qapalıdır. Bəşəriyyətin iradəsi də özünümüdafiə üçün Qlobal  Elitlərin iradəsinə müdaxilədən məhrum...

...Dünya hakimiyyəti iddiası qeyri-adidir. Qeyri-adi iddialar qeyri-adi strategiya tələb edər.  Elə strategiya ki, repertuarında qeyri-adi taktiklər, bleflər, hiylələr toplusu olmuş olsun. Yəni qeyri-adilik müəllifliyinin EQO-su da qeyri-adi olmaya bilməz. Bu halda, azlığın 8 milyardlıq çoxluğa meydan oxuması heyrət doğurur. Bu qeyri-adi heyrət insan kimi doğulanların kütləvicə heyvan kimi yaşamasının törətdiyi qlobal köləliklə, yazıqlıqla qlobal təsəvvür işgəncəsi doğurur.

Böyük problemlərin öhdəsindən gəlmək üçün MİLLƏTLƏRİN İRADƏSİ həlledici rol oynaya bilər. Amma DÜNYA TOTALSTANLIQLARININ ÇOXLUĞU MİLLƏTLƏR İRADƏSİNİN AZLIĞI ANLAMINA GƏLMİRMİ?

Xatırlayın... Dünya məlum genişmiqyaslı meşə yanğınlarına hansı reaksiyalar verdi? Kütləvi ağrı, “onlayn” etiraz... İsti yay günlərinin “soyuqqanlı” susqunluğu... Bitdi! Sürətləndirilmiş zaman mərhələlərində xalqlar iradəsinin fərqli sınaqlarında, mübarizələrdə tərrədüd, əqli yorğunluq və sair təzahürlər də fərqli olacaq. Qlobalistlərin ehtiyat iradəsi çoxdur. Gedən də bağbandan yox, bağdan gedəcək. Məlum məqsəd naminə veriləcək qurbanlar bütün sahələrdə istənilən qədər olacaq. Yarışlarda idmançıların əzələləri yorulub işləməyəndə təslimiyyət yaranır. Məlum prosesdə müşahidə olunur ki, əksər xalqların iradəsində yetərsizlik mövcuddur. İradələr də əzələlər kimidir. İşləməyəndə süstlük, passivlik olanda təslimçilik də olur.  Bu da göstərir ki, xalqların milli iradələri dövriyyəyə keçməsə bəşəriyyətin vahid səfərbəredici dünya iradəsini göstərəcəyi sual altında qalacaq.

Prosesin basqıları, şiddəti artıqca anlaşılacaq ki, məsələ xristian, islam, iudaizm, buddizm, santoizm, ateizm və sair dinli-dinsiz yanaşmalar xaricindədir. Yəni söz bəşəriyyətin yox edilməsindən gedirsə, bunun hansı dinə, irqə, milli mənsubiyyətə heç bir dəxli olmayacaq. Yoxedilmə elə yoxedilmədir...

Bax, bu gerçəkliyin ciddiliyi bəşəri dərrakəni amansızcasına titrədəcək, silkələyəcək. Bəşəriyyətin özünümüdafiə imkanları özünü AKTİVLƏŞDİRMƏ FAZASINA strateji hesablanmış risk təzahürləri ilə keçəcək. Bunun əlamətləri milliyyətindən, dinindən, cinsindən asılı olmayaraq, prosesin isnad verdiyi, üzə çıxartdığı (çıxaracağı) DÜNYANIN FƏXRİ VƏTƏNDAŞI STATUSUNA yüksələn insanların çıxışlarında, davranışlarında görünür. Bu tendesiya artacaq.

Türkiyədən advokat (vəkil) Bilal Yavuz DSÖ (Dünya Sağlıq Örgütü) ilə Türkiyədə sözləşmə, anlaşmadan söz açıb. Pandemiyadan səkkiz ay öncədən DSÖ ilə qarşılıqlı razılaşmadan bəhs edib. Razılaşmaya əsasən, DSÖ-ya Türkiyədə (İstanbulda) qərargah-ofis ayrılması ilə onlara tanınan imtiyazları, toxunulmazlıqları, ayrıcalıqları və sairələri dilə gətirib. Hökumətin, polisin DSÖ-nun Türkiyədəki fəaliyyətinə hər hansı müdaxilənin yasaqlanmağından bəhs edib. Anlaşmaya əsasən, bildirilib ki, DSÖ Türkiyə qanunlarına deyil, yalnız DSÖ-nun ana yasasına tabedir. Pandemiyadan səkkiz ay öncəki anlaşmadan söz gedir. O anlaşmadan ki, Türkiyə Böyük Millət Məclisi 270 səs çoxluğu ilə keçərliyini təsdiqləyib...

Narahat olmağa dəyməz düşüncəsi əvəzinə, narahatlıq doğuran gedişat nöqtələri göstərilər. Geostrateji mövqeyinə, türk-islam coğrafiyasına və tarixi məsuliyyətinə görə TÜRKİYƏ ROL-MODEL ÖLKƏDİR. Türkiyədəki hadisələr islam-türk və digər coğrafiyalarda fərqli təsir yaradır. Gözlər ona zillənib.

Örnəklik, görklük, ibrətlik mənasında Türkiyədən fərqli asılılıqlar mövcuddur.  Buna görə də Türkiyəyə basqılar yalnız özünə görə deyil, həm də Rol-Modelliyinə görə bir neçə qat artıq olacaq. Bunu “Feto” projesi də göstərdi, Cümuhuriyyət əmanətlərinin silinib-süpürülməsi də... Türkiyədə qara-boz buludlar Günəşin üzünü xeyli örtsə də... TARİXİ ƏLAQƏ TƏSİRİ FENOMENİNİN TÜRK ENERJİSİ FAKTORU DÖVRİYYƏDƏDİR.

Hər durum özünəməxsus sözlərdə görünər. Türkiyə öz coğrafiyasında dünyanın ən möcüzəli qara qutusudur. Hakimiyyətlər, sultanlıqlar gəlib-gedib və gedəcək. TÜRKİYƏ ALLAHIN ƏMANƏTİDİR.

İLAHİ NƏZƏRLƏRLƏ HƏR NƏ Kİ VAR, İZLƏNİLİR,

TÜRKİYƏDƏN YENƏ DƏ TÜRKİYƏLİK GÖZLƏNİLİR!

Kürəsəl Güc bəşəriyyəti öz məqsədlərinə xidmətə cəlb edir. Buna “məqsəd yoluxması” deyilir. Məqsəd yoluxmasına qarşı “əks-təsirə nəzarət” yaradıla bilir. Bu hal beyinləri ciddi döyüş vəziyyətinə gətirməkdir ki, məlum prosesin “məqsəd yoluxmasına” bəşəriyyət (arzulamırsa) yoluxmasın. Hazırda prosesin içində yeni bir mərhələdir. Müşahidə olunur. Heç bir şeyi olmayanların hər şey üçün bir neməti var. Bu beyindir. Bu beyinə görə də insanları cipləmək düşünülür ki, hər şey nəzarətdə olsun. Yeni dünya kəşfiyyat şəbəkəsi... Post hümanizm və ya post robotizm...

Bəşəriyyət görür ki, dünya “CƏNGƏLLİK PRİNSİPİ” üstündə bərqərardır.

Bunu bilmək və kimin kim olduğunu anlamaq zəruridir. Xüsusən indiki beyin-zehin işğalının, psixoloji hücumların artıdığı zamanda... Diqqət haraya yönələrsə, hərəkət ora olar. Sevgi, sayğı, ümid yaratmaq başqa, qorxu təlqinləri fərqli. Mesaj alanla verən arasında ortaq anlayış olur. Niyyət səmimi olanda Kainatın gizli gücü arananı qarşıya çıxarar. 

ÇAĞIRAN VERMƏZMİ DƏVƏTƏ ÖNƏM,

ƏDƏBİMLƏ GƏLDİM, LÜTFÜNLƏ DÖNƏM...  

P.S. Türkiyə Ankarada “OYANIŞ” mitinqi keçirdi. Səhiyyə bakanına istefa hayqırdılar. PSR-testinə, iynələmə zorakılığına itaətsizlik düşüncəsini dilə gətirdilər. Yarğını hərəkətə çağırdılar. Braziliya prezidenti BONSANORAYA, hətta Belarusiya prezidenti LUKAŞENKOYA  öygülü sözlər dedilər. Nə deyim? Allah bəşəriyyəti - bəşəriyyətin vicdanıyla qorusun! Amin!

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN