booked.net booked.net  

Rusiyaya məxsus Tu-22M3 bombardmançıları Əfqanıstan sərhədi yaxınlığında Özbəkistanla birgə təlimə qatılacaq.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. Açıqlamada avqustun əvvəlində Surxandərya vilayətindəki (Özbəkistanda) Termez poliqonunda keçiriləcək Rusiya-Özbəkistan birgə təlimində iştirak etmək üçün 4 ədəd raket daşıyıcılı Тu-22М3 qırıcı bombardmançılarının Saratov vilayətindəki əməliyyat aerodromuna köçürüldüyü deyilir.

Qeyd edilib ki, Rusiya bombardmançı təyyarələrinin qorunması Özbəkistanın Hava Hücumundan və Hava Hücumundan Müdafiə Qüvvələrinin bir cüt MiQ-29 qırıcısı tərəfindən təmin ediləcək.

Həmçinin açıqlamada Özbəkistandakı birgə hərbi təlimdə iştirak edən Rusiya hərbi kontingentinin əsasını Mərkəzi Hərbi Dairənin sülhməramlı bölmələrinin və xüsusi təyinatlılar briqadasının kəşfiyyat qruplarının təşkil edəcəyi vurğulanır.

Rusiya və Özbəkistan silahlı qüvvələrinin, təxminən 1,5 min hərbçisinin iştirak edəcəyi təlimlər  Əfqanıstanla həmsərhəd bölgədə keçiriləcək.

Xatırladaq ki, artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkələri "Sərhəd-2021" hərbi təlimlər dövrünə başlayıb. Rusiya tərəfinin eyni vaxtda həm Özbəkistanda, həm də Tacikistanda ikitərəfli hərbi təlimlər keçirəcəyi bildirilmişdi. Avqustun 10-dək davam edəcək hərbi təlimlərin payızda da təkrarlanacaği vurğulanırdı.

Birgə hərbi təlimlərin əsas məqsədi talibançıların Orta Asiya ölkələri ilə olan sərhədlərin bir hissəsini ələ keçirməsindən sonra Əfqanıstanla sərhədləri gücləndirməkdir.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN