booked.netbooked.net booked.net  

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.

Baş direktor İnstitutun laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub.
TEZADLAR.AZ xəbər verir ki, görüşdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İnstitutun fəaliyyət istiqamətləri, eləcə də tabeliyində fəaliyyət göstərən laboratoriyalar və onların maddi-texniki bazası barədə qonağa geniş məlumat verib. Bildirib ki, laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir.

Laboratoriyalara baxış zamanı Q.Donqyu Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində molekulyar-bioloji sınaqlarının aparılması prosesini izləyib. Qeyd olunub ki, bu bölmədə GMO, ətin mənşəyi, ekspress üsulla qida patogenlərinin təyini sınaqları həyata keçirilir. Daha sonra Kimyəvi müayinələr bölməsinə, fındıqda aflatoksin müayinəsi aparılan maye xromatoqraf otağına, həmçinin fiziki-kimyəvi sınaqlar, pestisid və antibiotik qalıqları sınaqları həyata keçirilən laborator otaqlarla baxış keçirilib.

AQTİ-nin laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olan FAO-nun Baş direktoru Qu Donqyu ölkəmizdə bu sahədə yaradılan şəraiti yüksək dəyərləndirib, burada beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının ölkədə qida təhlükəsizliyinin təmin edilməsində rolunu xüsusi vurğulayıb. Donqyu qeyd edib ki, laboratoriyalarda müayinələr beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirilir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN