booked.netbooked.net booked.net  

Bir zamanlar Bakıdakı köhnə dayanacaqlarda belə hansı marşrut avtobusunun həmin istiqamətdən keçəcəyi, yəni sərnişin götürəcəyi barədə məlumat cədvəlləri vardı.

Sərnişinlər o cədvələ baxanda görürdülər ki, hansı saylı marşrut həmin dayanacaqdan keçir və onu lazım olan ünvana çatdıracaq. Gündəlik olaraq həmin dayanacaqda avtobus marşrutu gözləməyənlər üçün bu, ümumiyyətlə problemdir. Gərək bir-bir dayanacaqdakı sərnişinlərə yaxınlaşıb soruşasan ki, buradan filan saylı avtobus keçir, ya keçmir?..

Qeyd edək ki, 2011-ci il dekabrın 29-da Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı oldu və mərkəz Bakı Nəqliyyat Agentliyinin tabeliyində fəalliyyət göstərirdi.

Müasir dayanacaqlarda ağıllı elektron tablolar quraşdırıldı. Bu tablolarda, hətta hansı avtobusun neçə dəqiqəyə dayanacağa çatacağı barədə məlumatlar da verilirdi. Lakin bir müddət sonra xeyli vəsait sərf olunan bu intellektual sistem işləmədi.

Tablodakı düymələrə toxunduqda  “Üzr istəyirik, xidmət yenilənməkdədir” bildirilirdi... Elektron xəritədən isə bəhs etməyə dəyməz...

Nəhayət, uzun söz-söhbətdən sonra Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verildi.

Bir neçə gün əvvəl isə bildirildi ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarının məlumat istiqamətləndirməsi təmin olunacaq.

“Sürücülərin maarifləndirilməsi məqsədilə elektron tablolarda yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair müxtəlif qrafik təsvirlərin (sosial çağırışların piktoqram vasitəsilə) yayımlanması nəzərdə tutulur”.

Bunu DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  sosial şəbəkə hesabında bildirib.

Hələ ki,  intellektual sistemdə nə baş verəcək onu deyə bilmərik, lakin sərnişinlər gözləyir ki,  dayanacaqlarda köhnə əyyamlardakı kimi də olsa  avtobusların cədvəli olsun ki, onların hərəkət sxemindən xəbərdar olsunlar...

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN