booked.netbooked.net booked.net  

Avropa İttifaqı Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyi və qısa müddətdə fikir ayrılıqlarını aradan qaldırmaq istəyir.

TEZADLAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Aİ ölkələrinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə qeyri-rəsmi toplantıda bir araya gəlib. Gündəlikdə duran məsələlərindən birinin Türkiyə ilə münasibətlərin olduğu görüşün sonunda Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə xüsusi nümayəndəsi Cozef Borel və Belçikanın xarici işlər naziri Hadija Labib mətbuata birgə açıqlamalar veriblər.

  “Bütün üzv dövlətlər Türkiyə ilə daha yaxın əlaqələr qurmaq mövzusunda həmfikirdirlər, - deyə Cozef Borel bildirib.

  Aİ-nin xüsusi nümayəndəsi deyib ki, münaqişələrin qarşısını almaq və əməkdaşlığı artırmaq üçün Kipr məsələsini nəzərə alaraq Türkiyə ilə əlaqə saxlamalıyıq: “Türkiyə ilə daha çox əlaqələr qurmalı, maraqlarımızın üst-üstə düşdüyü sahələrdə çalışmalı, bizi bir-birimizdən uzaqlaşdıran məsələlərdən qaçmalıyıq”.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN