booked.netbooked.net booked.net  

Fevralın 5-i gündüzdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-25 metrə çatacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, fevralın 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə - Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusarda intensivləşəcəyi ehtimalı var.

Fevralın 4-ü gündüz və fevralın 5-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin sürətinin saniyədə 15-18, arabir 20-25 metr olacağı, fevralın 6-da isə bəzi yerlərdə arabir 30-35 metrədək güclənəcəyi gözlənilir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN