booked.netbooked.net booked.net  

Gürcüstanda pensiyaların çox az olduğu bildirilib.

***

“Ölkədəki mövcud yaşayış minimumu yetərli deyil, onu ən azı 2,5 dəfə artırmaq və 700 lari (təqribən 460 manat) etmək lazımdır”.

 TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə ekspert Soso Arçvadze deyib.

Onun sözlərinə görə, Gürcüstanda orta pensiya və yaşayış minimumu buna uyğun hesablanmır və Gürcüstan Milli Statistika Xidmətinin meyarları zamanın tələblərindən geri qalır:

“Gürcüstanda orta pensiya bir insanın yaşaya bilməsi üçün tamamilə kifayət etmir, çünki Saxstat-ın bir neçə ildir dərc etdiyi məlumatlar zamanın tələblərindən, qiymət dinamikasından geri qalır”.

Bundan əlavə, ekspert qeyd edib ki, bu gündən ölkədə adambaşına hesablanan yaşayış minimumu 700 lari daxilində olmalıdır:

“İndiki şəraitdə bir nəfər üçün hesablanan yaşayış minimumu 700 lari daxilində olmalıdır. Orta pensiya sahibi öz pensiyası ilə minimum tələbləri təmin edə bilməz. Gürcüstan təqaüdçülərinin 93%-i digər əmək qabiliyyətli ailə üzvləri ilə birlikdə yaşayır, bu da onların rifahına təsir edir”, - deyə Soso Arçvadze qeyd edib.

Xatırladaq ki, Milli Statistika Xidməti hazırda Gürcüstanda iş qabiliyyətli kişi üçün bir aylıq yaşayış minimumunun 252 lari, (təqribən 165 manat) 10 tetri təşkil etdiyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycanda 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

 2024-cü il üçün isə yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN