booked.net booked.net  

 "Amerika qorxurdu ki, AB-i zaman-zaman ABŞ-ın qanadı altından çıxır”.

Bu fikirləri politoloq Azad Məsiyev TEZADLAR.TV-nin kanalında Rusiya-Ukrayna münaqişəsinin baş vermə səbəblərindən danışarkən bildirib.

O, xatırladıb ki, Avropa Birliyi üç dövlətin sütünu üzərində qurulub – İngiltərə, Fransa və Almaniya.

“Bu üç dövlətin iqtisadi və siyasi sütunu üzərində AB yaradıldı. Və AB iqtisadi cəhətdən inkişaf etdi – öz pul vahidini “avro”nu dövriyyəyə buraxdı. Bununla da demək olar ki, dünyada yeni bir situasiya yarandı. ABŞ görəndə ki, artıq AB onun təsir dairəsindən çıxır, buna görə də İngiltərəni Avropa Birliyindən çıxartdılar. Bu ona görə idi ki, AB siyasi cəhətdən zəifləsin. Fransa Prezidenti bəyan edirdidi ki, “NATO beyin krizi keçirir”. Almaniya kansleri deyirdi ki, “Avropa öz ordusunu yaratmalıdır”. Yəni Amerika qorxurdu ki, AB-i zaman-zaman ABŞ-ın qanadı altından çıxır. Daha doğrusu, Avropa Rusiya ilə daha çox iqtisadi-siyasi əməkdaşlıq edirdi”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Avropa kapitalı Rusiya bazarına yönələrək Rusiyanı inkişaf etdirirdi və bu da Amerikanın dünyanı idarəetmə strategiyasına kölgə salırdı.

“ABŞ-IN STRATEGİYASI DOLLARI DÜNYA VALYUTASI KİMİ QORUMAQDIR”  

“ Bu gün ABŞ-ın bir strategiyası var: Nəyin bahasına olutsa olsun, dolları dünya valyutası kimi qorusun. Amma dollara rəqabətdə avro var idi. Avro dünya bazarında dolları sıxırdı. Bu baxımdan, Amerika yeni bir addım atdı. Və Ukrayna –Rusiya münaqişəsi yaratmaqla yeni geosiyasi vəziyyəti kökündən dəyişdi. Burada Amerika nə qazanır? Müharibənin baş verməsi də Amerika maraqlarına uyğun oldu, baş verməsə də uyğun olacaqdı. Niyə görə? Əgər Rusiya-Ukrayna münaqişəsi olmasaydı, onda Ukrayna NATO-ya daxil olacaqdı və bu Rusiya üçün daha təhlükəli olacaqdı. Yenə də müharibə baş verdi və bu Amerikanın marağına uyğun oldu: AB-ı öz qanadı altına aldı, NATO bloku gücləndi, avro zəiflədi və dollara nisbətən dəyərdən düşməyə başladı. Çünki AB-i zəiflədikcə, onun pul vahidi də  dünya bazarında təsirini itirir.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA