booked.net booked.net  

Patriarx Krillə bağlı maraqlı faktlar üzə çıxıb...

Tezadlar.az İsveçrənin “Tages-Anzeiger” qəzetinə istinadla bildirir ki, 1960-cı illərin sonunda Patriarx Kirilə (əvvəlki ad və soyadı Vladimir Qundyaev) Rusiya Pravoslav dindarlarını Ümumdünya Kilsələr Şurasında təmsil etmək həvalə edilib. Bunun üçün o, Cenevrəyə köçməli və orada kifayət qədər uzun müddət qalmalı idi.
“Gələcək patriarxın İsveçrədə qalmasının əsas missiyası dini diplomatiya ilə yanaşı, casusluq idi”, - Qərb ekspertləri deyirlər. İsveçrənin “Tages-Anzeiger” qəzeti məxfi arxiv sənədlərinə istinadla belə yazır. Bildirilir ki, gələcək patriarx Kirill 1969-1989-cu illərdə Cenevrədə “Mixaylov” təxəllüsü ilə DTK-da çalışıb. Sitat: “O, Ümumdünya Kilsələr Şurasının üzvləri haqqında məlumat toplamalı və onların Sovet İttifaqına münasibətinə təsir etməli idi".

  Alman ilahiyyatçısı Gerhard Bezier qeyd edib ki, "KQB" SSRİ-də dini etiqad azadlığına qoyulan məhdudiyyətləri tənqid etməkdən çəkinmək üçün bu Şuraya təsir göstərmək, əvəzində ABŞ və onun müttəfiqlərini tənqid etmək istəyirdi. Məlumdur ki, İsveçrədəki xidmətləri sayəsində Qundyaev (indi Patriarx Krill) SSRİ-yə qayıtdıqdan sonra pravoslav iyerarxiyasında sürətlə yüksəlməyə başladı. Eyni zamanda o, Ümumdünya Kilsələr Şurasının İcraiyyə Komitəsinin üzvü olaraq qaldı və İsveçrəyə səfərini davam etdirdi. Bəzən əylənmək üçün din xadimi xizəkçi olurdu. Nəşrdə Qundyaevin dağ yamacında xizəklərdə idman kostyumunda dayandığı bir fotoşəkil də yayımlanıb.
Xatırladaq ki, Patriarx Kirill Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyib. Oktyabr ayında Ümumdünya Rus Xalq Şurasında o, Rusiyanın indi “qaranlıq dünya hökmdarları” və birqütblü dünyaya qarşı mübarizə apardığını bildirib. Noyabrın əvvəlində Rus Pravoslav Kilsəsinin rəhbərliyi keşişlərin təxminən 300 nəfərin imzaladığı anti-müharibə müraciətini pisləyib və bunu kilsə daxilində parçalanmaya səbəb olmaq cəhdi adlandırıb.

A.Məmmədli

krill-2

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA