booked.net booked.net  

... 44 günlük döyüşdən "2" alan Ermənistanın siyasi və hərbi rəhbərliyi zaman keçdikcə etiraflara məcbur olur...

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən "Dağlıq Qarabağ”ın acı taleyini də özünəməxsus etirafla izahlayıb. “RİA Novosti” xəbər verir ki, Paşinyan  rəsmi İrəvan bütün resurslarını "Dağlıq Qarabağ respublikasının" yaradılmasına sərf etmişdi, bu isə mümkün deyil. Sitat: “Deyirlər ki, o vaxt “Dağlıq Qarabağ”ın indiki hakimiyyəti (2023-cü ilin payızında -red) Dağlıq Qarabağı ləğv edib. Amma əslində proses 2016-cı ilin avqustunda danışıqlar prosesində substantiv dəyişikliklər nəticəsində qaçılmaz oldu... Biz hakimiyyətə gələndə təbliğat obyekti statusumuz dəyişdi, çünki informasiya daşıyıcısına çevrildik və emosional qavrayışla reallıq arasında böyük uçurumun olduğunu gördük. Yəni emosional fikirlərimizi həyata keçirmək üçün bütün resurslardan istifadə etdik. Biz isə hakimiyyətə gələrək bəyan etməli olduq ki, bu emosional qavrayışın həyata keçirilməsi mümkün deyil”.

Paşinyan əlavə edib: "Belə bir söhbətə başlamağın emosional imkansızlığı ondan ibarət idi ki, bu, Ermənistana və xalqına 30 il əvvəl həll olunmayan bir problemə sadəcə vaxt itirmək, resurs sərf etdiyimizi bildirmək demək idi".

Paşinyan sadə dildə demək istəyib ki, ay erməni milləti, sizi 30 il ərzində akdatdılar, başdan çıxardılar, siz sadəcə, bu qədər vaxt itirdiniz, müharibədə övladlarınızı itirdiniz... Və artıq gecdir. Ayılmaq, düşünmək, ağıllı qərarlarla Azərbaycanın ətəyindən yapışmaq barədə düşünmək lazımdır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA