booked.net booked.net  

Sabah yanvarın 23-nə gözlənilən hava proqnozu açıqlanıb və Bakıya da şad xəbər var...

Milli Hidrometeorologiya Xidmətindən "Təzadlar"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Dağlıq və dağətəyi ərazilərdə gecə və səhər yolların buz bağlama ehtimalı var.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN