booked.netbooked.net booked.net  

Vladimir Putin dünən maraqlı açıqlama ilə çıxış edib...

"Müasir dünyada hər şey mümkündür",- deyən Putin seçki qərargahında jurnalistin NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi haqqında sualına cavab verərkən əlavə edib ki, Rusiya Ukraynada NATO ölkələrinin hərbçilərinin olmasından xəbərdardır: "Ukraynada NATO ölkələrinin hərbçiləri var və onlar üçün yaxşı heç nə yoxdur".

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, Putin NATO ilə tammiqyaslı münaqişənin mümkünlüyü haqqında danışarkən isə deyib: "Hər şey mümkündür. Lakin bu, Üçüncü Dünya müharibəsinə bir addım yaxın olacaq". 

NATO rəsmiləri isə sıralarında olan qoşun növlərinə aid hərbçilərin Ukraynadakı döyüş əməliyyatlarında iştirakını inkar etməkdədirlər. Amma Ukraynaya hərbi yardımı açıq şəkildə bəyan edirlər.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN