booked.netbooked.net booked.net  

Bu gün 8 aprel tarixi Ramazan ayının 28-ci günüdür....

Tezadlar.az xatırladır  ki, aprelin 8-də imsak vaxtı saat 04:55-də, iftar vaxtı isə 19:54-dədir.
Bu isə Aprelin 8-nə olan namaz vaxtları: ● Sübh azanı 05:07; ● Zöhr azanı 13:03; ● Məğrib azanı 19:54.
Ramazanın 28-ci günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin!”

Tərcüməsi: "İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!”
İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.
Allah orucunuzu qəbul etsin! Allah Azərbaycanımızı mərdiməzar qonşumuzun bəd niyyətindən uzaq etsin! Allah dövlətimizi daha qüdrıtli etsin! Allah xalqımızı bəlalardan qorusun!

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN