booked.net booked.net  

Şahmat üzrə Avropa çempionu Şəhriyar Məmmədyarovun qadınların kişilərdən xeyli gücsüz olması barədə açıqlaması sosial şəbəkələrdə geniş müzakirə edilməkdədir... Sosial şəbəkə istifadəçisi Nərmin Hüseynzadə belə bir paylaşımla diqqəti çəkir:
"Qadın evin ən az  yeyəni...
-Ən az yatanı...
-Ən az dincələnidir - Ən güclü necə olsun? 
Amma həm də
Ən çox yorulanı,
Ən çox qayğılananı
Ən çox qab yuyanı
Ən çox corab tayı axtaranı
Ən çox  çalışanıdır - soba təmiz olsun, çay isti, paltar ləkəsiz - Zəif də deyil! 
Kişi gücdür, güclüdür! - olsun. Yeməyini yesin, çayını içsin, təmiz paltarlarını geyinib - güclü olmaq üçün yola çıxsın. Hər şey əslində nə qədər müştərəkdir. Təkbaşına güclü olmaq olmaz, olmur. Ən güclü olan insandır!"
Gerçəkdən, mübahisəli məsələdir ki, qadın zəifdir, yoxsa kişi güclüdür... Axı təkbaşına güclü olmaq da bəzən mümkünsüzdür...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA