booked.net booked.net  

Son statistikaya görə, ölkə əhalisinin sayı 10 milyon 142 min 392 nəfərə çatıb. Doğulanlardan 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.

Göründüyü kimi, Azərbaycanda qızların sayı getdikcə azalır. Bu azalmanın səbəbi nədir və bunun gələcəkdə mənfi nəticələri ola bilərmi?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, artıq həyəcan təbili çalmağın vaxtı gəlib: “Əvvəl yeni doğulan körpələr arasında qızlar 47% təşkil edirdi. Hər kəs narahatlıq keçirirdi. İndi 46%-ə düşübsə, həyəcan təbili çalmağın vaxtıdır. Hər kəs düşünür ki, qız övladım olsa, çox problem yaşayacam. Qızımı yoldan çıxaracaqlar, başına nə isə pis iş gələcək və s. kimi düşüncələr insanları qorxudur. Bu səbəbdən qız övladından imtina edirlər. 

Digər problem isə bizim cəmiyyətdə qadına qarşı seksual qısnamalar, qadının cins olaraq ancaq seksual alət kimi görülməsidir”.

M.Zeynalova abort məsələsinə də toxunub: “Biz istəyirik ki, selektiv abort, erkən nikah olmasın. Lakin abort məsələsi ləğv olunsa belə, insanlar başqa imkanlar tapıb oğlan uşağı dünyaya gətirəcəklər. Milli Məclis və hüquq-mühafizə orqanları bu formada cinayət tərkibli hərəkətləri qiymətləndirməlidir. Biz bu aspekti diqqətdə saxlamalıyıq və cəzalar tərtib olunmalıdır. Bu məsələlər həll olunmadıqca cinsi azalma olacaq və genofonda, əhali artımına təsir göstərəcək”.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN