booked.net booked.net  

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 13 minə yaxın artıb, 63 minə yaxın yaralı var.

Tezadlar.az bildirir ki, bu barədə Türkiyə Fövqəladə Hallar İdarəsi (AFAD) rəsmi saytında məlumat verilib.

"Son məlumatlara görə, ölənlərin sayı 12 873 nəfər, yaralıların sayı 62 937 nəfərdir", - deyə idarədən bildirilib.

Xatırladaq ki, bazar ertəsi, fevralın 6-da Türkiyədə iki güclü zəlzələ baş verib. Bu zəlzələlərdən sonra dağıntılar Suriyanın bir sıra bölgələrində də qeydə alınıb. Təbii fəlakət nəticəsində dağıntıların miqyası hələ də dəqiqləşdirilir. Həmçinin, ölən və yaralananların axtarışı davam edir, məlumatlar mütəmadi olaraq yenilənir.

Bundan əlavə, təbii fəlakətdən zərər çəkmiş 10 əyalətdə 3 ay ərzində fövqəladə vəziyyət elan edilib.

Bundan əvvəl Türkiyədə zəlzələdən 68 saat sonra dağıntılar altından səkkiz aylıq körpə xilas edilib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN