booked.net booked.net  

Polşa hökumətinin başçısı Mateuş Moravetski Kalininqrad vilayətində Rusiya ilə sərhədin mühafizəsini gücləndirmək niyyətində olduğunu açıqlayıb.

Bu barədə aprelin 29-da "Polşa Radiosu" xəbər verib.

Onun sözlərinə görə, hakimiyyət fiziki və elektron təhlükəsizliyi, habelə sərhədçilərin və digər zəruri xidmətlərin əməkdaşlarının mövcudluğunu təmin edəcək.

"Polşa-Rusiya sərhədində biz əvvəllər Belarusla sərhəddə olduğu kimi, təhlükəsizliyi təmin edəcəyik", - baş nazir yekunlaşdırıb.

Ötən ilin yanvarında miqrasiya böhranı fonunda Polşa hakimiyyəti Belarusla sərhəddə divar hörmək qərarına gəlib. Hasarın hündürlüyü 5,5 metr, uzunluğu isə 186 kilometrdən çox olacaq. Ardınca Varşava, lazım gələrsə, qonşu ilə sərhədlərin bağlana biləcəyindən danışdı.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN