booked.net booked.net  

Almaniyada federal hökuməti devirmək və mövcud idarəetmə formasını dəyişdirmək üçün dövlət çevrilişi hazırlamaqda ittiham olunan 5 nəfərin məhkəməsi Koblenzdə başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə SWR teleradio şirkəti məlumat yayıb.

Müstəntiqlərin fikrincə, dörd kişi və qadın bütün ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olmaq üçün elektrik obyektlərinə zərər verməyi, Almaniyanın səhiyyə naziri Karl Lauterbaxi oğurlamağı və Berlində konstitusiya məclisini çağırmağı planlaşdırıblar. Özlərini “Vahid vətənpərvərlər” adlandıran radikal qruplaşmanın üzvləri ölkədə Almaniya İmperiyasından nümunə götürülmüş idarəetmə sistemini bərpa edəcəyini gözləyirdilər və sosial şəbəkələrdə tərəfdarlar axtarırdılar.

Altı aylıq istintaq 2022-ci ilin aprelində onlardan biri Reynland-Pfaltsda gizli hüquq-mühafizə orqanının əməkdaşından silah almağa cəhd edən şübhəlilərin həbsi ilə yekunlaşıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN