booked.net booked.net  

 “Rekord istilər sağlıq, qida təhlükəsizliyi, su idarəçiliyi və ətraf mühit üçün ağır nəticələrə səbəb ola bilər ki, bütün bunlara hazır olmalıyıq”.

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Meteorologiya Qurumu (WMO) 2023-2027-ci illərdə dünyada rekord hava istiliyinin müşahidə olunacağını bildirdi.

  TEZADLAR.AZ trt-yə istinadən xəbər verir ki, Ümumdünya Mühafizə Qurumunun hesabatına görə, istixana qazı emissiyaları və “El Nino” hava hadisəsi temperaturu daha da artırıb.

  2023-2027-ci illər arasında ən azı bir ilin ən isti il ​​olacağı və 5 ilin hamısının qlobal hava istiliyinin rekord səviyyələrə çatdığı bir dövr olacağı ehtimalı 98 % faiz qeyd edilib.

  Sözügedən dövrdə 66 faiz ehtimalla illik orta səthə yaxın hava istiliyi sənaye inqilabından əvvələ görə ən azı 1,5 dərəcə yüksək olacaq.

  Qlobal hava istiliyi 2027-ci ilə qədər rekord səviyyələrə çata biləcək.  Havanın temperaturu dünyanın müxtəlif yerlərində yağan yağışlara təsir göstərəcəyi üçün yağmurlar regional miqyasda arta və ya azalacaq.

  İstixana qazı emissiyaları okeanların istiləşməsinə və turşulaşmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına və ekstremal hava hadisələrinə də səbəb ola bilər.

  Hesabatda ifadələri yer alan Ümumdünya Ticarət Təşkilatının baş katibi Petteri Taalas da deyib: “Rekord istilər sağlıq, qida təhlükəsizliyi, su idarəçiliyi və ətraf mühit üçün ağır nəticələrə səbəb ola bilər ki, bütün bunlara hazır olmalıyıq”.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN