booked.netbooked.net booked.net  

Slovakiya Ukraynanın NATO-ya qəbulunun əleyhinə olacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Robert Fiko mətbuat konfransında bildirib.

"Ukrayna deyə bilər: "Biz NATO-ya üzv olmaq istəyirik". Bu, onların sərbəst qəbul etdiyi qərar olacaq. Biz deyirik ki, Ukraynanın NATO-ya qəbulu ilə bağlı sənədləri parlamentdə ratifikasiya etməyəcəyik, çünki Slovakiyaya neytral Ukrayna lazımdır. Ukrayna NATO-ya üzv olarsa, Slovakiyanın maraqları təhlükə altına düşəcək”, - Fiko bildirib.

Bu arada Slovakiya Ukraynanın Avropa Birliyinə qəbul edilməsi ideyasını dəstəkləyir. Fiko Brüssel və Kiyev arasında bu prosesin başlanması ilə bağlı danışıqların mümkün qədər tez başlamasının tərəfdarıdır.

Slovakiya, baş nazirin sözlərinə görə, bunda maraqlı olan bütün dövlətlərlə dostluq münasibətlərini inkişaf etdirmək siyasətini həyata keçirəcək. Bu, özü kimi kiçik respublikanın beynəlxalq aləmdə suveren maraqlarının maksimum dərəcədə reallaşdırılmasını təmin edəcəkdir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN