booked.netbooked.net booked.net  

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya dəstəyin artırılması ilə bağlı mesajları yöndəmsiz səslənir, çünki Fransa lideri hansı rolu oynadığına qərar verə bilmir: sülhməramlı, yoxsa təxribatçı.

Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “Bloomberg” agentliyinin məqaləsində deyilir.

Nəşr qeyd edir ki, “O, şübhəsiz ki, Ukraynaya hərbi yardımın artırılmasının güclü tərəfdarı olsa da, Fransa prezidentinin mesajları bəzən gözlənilməz şəkildə sülhməramlı və təxribatçı arasında tərəddüd edirdi”.

Qeyd edək ki, fevralın sonunda Makron avropalı əsgərlərin Ukraynaya göndərilməsinə icazə verib. Daha sonra o, Parisin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini təsdiqləyib: indi Kiyevə kömək etmək üçün “artıq qırmızı xətlər, məhdudiyyətlər yoxdur”. Bundan əvvəl Fransa lideri bildirib ki, Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrini orta və uzaq mənzilli raketlərlə təchiz edən “dərin zərbələr üçün doqquzuncu koalisiya” yaratmağa razılaşıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN