booked.netbooked.net booked.net  

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

"Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün səhər saat 07:00 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Tezadlar.az xatırladır ki, hadisə barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Hadisə nəticəsində İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN