booked.net booked.net  

Norveçin rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyması ayrı-seçkilik xarakteri daşıyır.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Oslonun Rusiya vətəndaşlarına qarşı yeni qeyri-dost addımı məhz bizim ölkə vətəndaşlarına münasibətdə açıq ayrı-seçkilik xarakteri daşıyır", - deyə Zaxarova qeyd edib: “Bu, Rusiya və Norveç xalqları arasında istənilən əlaqəni birdəfəlik məhv etməyə yönəlib. Biz ondan çıxış edirik ki, Norveç rəhbərliyi bu cür qeyri-dost addımların cavab tədbirləri ilə qarşılanacağını bilir. Təbii ki, biz onları öz maraqlarımıza əsaslanaraq inkişaf etdirib həyata keçirəcəyik”.

 “Biz öz tərəfimizdən hələ də özümüzü Norveç vətəndaşlarından ayırmaq fikrində deyilik” – deyə diplomat bildirib: “Amma bir daha vurğulayacağım kimi, bu o demək deyil ki, cavab tədbirləri görülməyəcək”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qərbin beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini pozduğunu qeyd edib. Onun sözlərinə görə, Norveç hakimiyyətinin bu tədbirlərin Rusiya vətəndaşlarına qarşı yönəlməməsi ilə bağlı bəyanatları reallığa uyğun gəlmir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA