booked.net booked.net  

Rusiya Federasiyasının İstintaq Komitəsi general İvan Popovun ev dustaqlığı ilə bağlı həbs qətimkan tədbirinin yumşaldılması üçün məhkəməyə müraciət edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

“Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi dələduzluqda şübhəli bilinən 58-ci Əlahiddə Ümumqoşun Ordunun keçmiş komandiri İvan Popovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət qaldırır”, - o deyib.

İstintaq Komitəsi qərarını təqsirləndirilən şəxsi xarakterizə edən məlumatları, habelə istintaq zamanı müəyyən edilmiş digər halları nəzərə alması ilə izah edib.

Müstəntiqlər hesab edirlər ki, Popov Zaporojyenin humanitar yardım kimi aldığı 1700 tondan çox metal məmulatının oğurlanmasında iştirak edir. Mayın 17-də 235-ci Qarnizon Hərbi Məhkəməsi Popovu xüsusilə böyük miqyasda dələduzluqda ittiham edərək həbs edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA