booked.net booked.net  

1-ci Qarabağ müharibəsində Ermənistanın törətdiyi işğalçılıq və qəddarlıq əməllərinin üstü indi açılır.

Rəsmi statistikaya görə, indiyədək minlərlə Azərbaycan vətəndaşı əsir və girov düşərkən onlara olmazın işgəncələr verilib, çoxları hələ də itkin kimi sayılır. Beləliklə,  itkin düşmüş sayılan Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunan naməlum şəhid qəbrləri ekshumasiya edilib. Şəhidlər xiyabanında olan 49 naməlum qəbrlərdən nümunələr götürülüb və daha sonra məzarlar yenidən qapadılıb. Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələr götürülüb və ekspertizaya aparılıb.

Bəs bu nə məqsədlə edilib? Məlum olur ki, bir müddət öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib. Naməlum şəhid qəbrlərinin ekshumasiyası zamanı götürüləcək nümunələrin qarşılaşdırılması üçün isə itkin düşənlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və həmin DNT nümunələr ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.

 Ermənistanın dünyaya özünü məzlum və yazıq göstərməsinə baxmayaraq, zaman keçdikcə bu məzlumluğun arxasında hansı qəddarlığın, insanlığa yaraşmayan əməllərinin dayandığı aşkar olunacaq. Artıq belə faktların üstü açılmaqda və dünyaya çatdırılmaqdadır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA