booked.netbooked.net booked.net  

Rəsmi məlumatlara görə, ötən il Ermənistanın 46 900 nəfərdən çox vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, bu, son illərin rekord göstəricisidir. Ümumilikdə 2017-2021-ci illərdə Ermənistanın demək olar, 153,8 min nəfər vətəndaşı Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə münasibətdə bu, təxminən 5,2% təşkil edir.

“Sakinlərimizin mühacirətə getməsinin əsas səbəbləri hamıya məlumdur - kütləvi işsizlik və ya minimum yaşayış səviyyəsini belə təmin etməyən aşağı gəlir səviyyəsi. Əhəmiyyətli inflyasiya (ötən il 7,2%) və xüsusilə kənd təsərrüfatında ikirəqəmli aqroinflyasiya (11,2%) da rol oynayıb”, - “News.am” yazıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN