booked.net booked.net  

Yaponiya hökuməti Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində “sənaye bazasının möhkəmləndirilməsinə töhfə verən” malların ixracına qadağa qoyacaq, lakin bu tədbirlərin təfərrüatları hələ müəyyən edilməyib və sonra elan ediləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Yaponiya tərəfindən məhsul kateqoriyalarına ixrac qadağası adətən konkret təşkilat və şirkətlərə fərdi sanksiyalar və ixrac məhdudiyyətləri ilə paralel olaraq tətbiq edilir. Rusiya Federasiyasından 48 nəfər, o cümlədən ümumilikdə 90-dan çox təşkilat yeni məhdudiyyətlərə məruz qalıb.

Rusiya Federasiyasına malların ixracına qoyulan məhdudiyyətlər çox güman ki, dronlara təsir edəcək. Yaponiyanın baş naziri Fumio Kişida fevralın 25-də G7-nin onlayn sammitində belə sanksiyaları açıqlayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN