booked.net booked.net  

Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bank qanunvericiliyinə təklif edilən dəyişikliklər müzakirə olunub. Mərkəzi Bankın sədri Taleh Kazımovun iştirakı ilə keçirilən iclasda bank sektorunun mövcud vəziyyətə, o cümlədən kredit və valyuta bazarlarına xüsusi toxunulub.

Bu barədə iqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirib

O, çxışı zamanı Mərkəzi Bank tərəfindən inflyasiya proqnozunun hansı metodologiyaya əsaslanmasına aydınlıq gətirməsini və Dövlət Statistika Komitəsi tərəfindən 528 məhsul və xidmətlər üzrə qiymətlərin toplandığını qeyd edib.

“Mərkəz Bankın 2023-cü ildə bir rəqəmli inflyasiya proqnozunun hansı modelə əsaslandığının izahatı vacibdir. 2022-ci ildə Mərkəzi Bank valyuta bazarında 2 milyard 48 milyon dollar alıb, yəni sterlizasiya edib. Eyni zamanda, ötən il idxal 22 faizdən çox artıb. İdxalın artması fonunda hərraclarda valyutaya tələbin azalması nə ilə bağlıdır? Burada inzibati alətlərdən istifadə olunurmu?  Son 1 ayda qeyri-işlək kreditlərinin həcmi 749 milyon manatdan 770 milyon manatadək artıb. Bu müddətdə problemli kreditlərin həcmi də artıb. Belə ki, bu müddətdə problemli kreditlərin həcmi 590.5 milyon manatdan 591.8 milyon manatadək yüksəlib”, -deyə iqtisadçı ekspert diqqətə çatdırıb.

 Vüqar Bayramov, eyni zamanda çıxışı zamanı pensiyaçıların və eləcə də sosial qrupların plastik kartlarından istifadənin asanlaşdırılması ilə bağlı təklifini də təqdim edib:

 “…Bəzi MDB ölkələrində pensiya və sosial yardım kartlarından hansı bankın bankomatı olmasından asılı olmayaraq vəsaitin nağdlaşdırılması zamanı faiz tutulmur. Azərbaycanda, xüsusən regionda yaşayan pensiyaçılarımız üçün vəsaitləri nağdlaşdırmaqda çətinliklər var. Bəzən pensiyaçılar kartdan pul çıxarmaq digər kəndə və ya rayon mərkəzinə getmək məcburiyyətində qalırlar".

Deputat bu baxımdan, Azərbaycanda da bankomatın hansı banka məxsus olmasından asılı olmayaraq, pensiya və sosial kartlardan vəsait nağdlaşdırması zamanı heç bir faiz tutulmamasını təklif edib.

P.S. İqtisadçının təklifləri həmişə əsaslı və əhəmiyyət daşıyan məsələlərlə bağlı olur, lakin bu təklifin də qəbul edilib və ya edilməyəcəyi də sual altındadır... 

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA