booked.net booked.net  

2023-cü ilin yanvar-iyun ayıları ərzində Azərbaycandan 60,6 milyon ABŞ dolları dəyərində 12,2 min tondan çox meşə fındığı ixrac edilib.

Bu barədə  Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.

Beləliklə, bu, 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 5,7 faiz (3,29 milyon dollar), həcm olaraq isə 18,9 faiz (1,94 min ton) çoxdur.

Cari ilin may ayına nisbətdə isə iyunda fındığın ixrac dəyəri 3,3 faiz (193,66 min dollar) artaraq 5,98 milyon dollar, həcmi isə 1,2 faiz (14,18 ton) artaraq 1,1 min tonu üstələyib.

Qeyd edək ki, 2023-ci ilin ilk 6 ayında fındığın ümumi ixracda xüsusi çəkisi 0,34 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,42 faizə bərabər olub.

 

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA