booked.net booked.net  

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 15-də təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi və obyekti, 43 avtomobil çıxarılacaq.

Dövlət Xidmətindən “TEZADLAR.AZ”a verilən məlumata görə, özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri, yeraltı dayanacaq və avtomobillər var.

Avqustun 22-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1991-2011-ci illər arasında dəyişir.

Avqustun 29-da təşkil olunacaq hərracda isə 7 səhmdar cəmiyyətin səhm paketinin, 7 kiçik dövlət müəssisəsi və obyektinin, həmçinin 31 nəqliyyat vasitəsinin özəlləşdirilməsi imkanı yaradılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye sahəsinə aiddir. Bu səhmdar cəmiyyətlərin səhm paketi nizamnamə kapitalının 30 faizini təşkil edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/34VKHN linki vasitəsilə tanış olmaq olar.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA