booked.net booked.net  

Qonşu Rusiya və Türkiyənin milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Dollara nisbətdə rubl yeni psixoloji həddə yaxınlaşmaqdadır. ABŞ puluna nisbətən Rusiya valyutasının tezliklə üç rəqəmli həddədək ucuzlaşacağı da istisna deyil.
Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert  Vüqar Bayramov bildirib.
O, xatırladıb ki, artıq Rusiyada 1 dollar almaq üçün 97 rubl ödəmək lazımdır və son 1 ayda rubl 8.0 faiz dəyər itirib.
Onun sözlərinə görə, qardaş Türkiyədəki yeni iqtisadi siyasət də lirənin dəyər itirməsini tormozlaya bilməyib.
"Türkiyədə lirə də yeni psixloji həddə yaxınlaşmaqdadır. Hazırda 1 dollar 27 lirə ilə dəyişdirilir. Ankaranın yeni iqtisadi siyasətinə rəğmən milli valyutanın ucuzlaşmasının qarşısını almaq mümkün deyil. Əslində, qısa müddətli dövrdə buna nail olmağın mümkünsüzlüyü öncədən də bəlli idi", - deyə bildirib.
Vüqar Bayramov vurğulayıb ki, lirənin məzənnəsinin bir müddət stabilləşəcəyi gözlənilsə də, sanksiyaların rubla təsiri davam edəcək.
O, həmçinin diqqətə çatdırıb ki, əsas ticarət tərəfdaşlarımız olan bu ölkələrdə milli valyutalarının dəyərsizləşməsi manatın nominal effektiv məzənnəsini əksinə, möhkəmləndirir.
"Hər iki valyutaya təzyiqlər davam edir. Türkiyədə məzənnənin sadəcə orta müddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür.
Sözügedən ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.
Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.
Əsas ticarət tərəfdaşlarımızda milli valyutalarının dəyərsizləşməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirir. Bu isə qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər", - deyə qeyd edib.
İqtisadçı bir daha xatırladıb ki, Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib və Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır:
"Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - Vüqar Bayramov əlavə edib.
Y.MƏMMƏDLİ
.
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA