booked.net booked.net  

2027-ci ildən Qırğızıstanda plastik plyonka paketlər və plastik məmulatların istehsalı, satışı və pulsuz paylanması qadağan edilib.

Artıq bu qadağa İssık-Kul kurort zonasında avqustun sonundan qüvvəyə minir.

Belə ki, 2027-ci il yanvarın 1-dən Qırğızıstanda bioloji parçalana bilənlər istisna olmaqla, polimer plyonka və plastik məmulatların torbalarının istehsalı, satışı və pulsuz verilməsi qadağan ediləcək.

 Qırğızıstan dövlət başçısının mətbuat xidməti xəbər verir ki, bu barədə qanunu avqustun 10-da prezident Sadır Japarov imzalayıb.

 Polietilen paketlərin və məmulatların istehsalına qoyulan qadağanı pozduqlarına görə vətəndaşları 10 min som (təxminən 114 dollar), hüquqi şəxsləri isə 28 min som (315 dollardan çox) məbləğində cərimə gözləyir.

 Paketlərin pulsuz çatdırılması üçün ilk qayda pozuntusuna görə xəbərdarlıq, ikinci qayda pozuntusuna görə isə cərimə tətbiq olunacaq. Bu halda hüquqi şəxslər üçün 5 000 som (57 dollar), fiziki şəxslər üçün 1 000 som (11 dollar) olacaq.

Qeyd edək ki, Azərbaycanda plastik məmulatların, eləcə də qalınlığı 15 mikrona qədər olan birdəfəlik paketlərin satışı qadağan edilib.

Həmçinin bu ildən mağazalarda alıcılara plastik torbalar da ödənişli olaraq verilir.

 

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA