booked.net booked.net  

“Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir”- Vüqar Bayramov.

***

Hələ ay bitməyib, lakin ilin son günlərində rekord məbləğdə Amerika valyutası satılıb. Bəs bunun səbəbi nədir?


Bu ay Azərbaycanda rekord məbləğdə dollar satılıb. Dekabrın hələ bitməməsinə baxmayaraq, yalnız Mərkəzi Bankın hərracları vasitəsi ilə geridə qalan günlərdə 603.8 milyon dollar satılıb.

 Bunu Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

 İqtisadçı 2023-cü ilin aylar üzrə dollar satışının statistikasını da təqdim edib:

 “Digər aylar üzrə rəqəmlər belədir: noyabr ayı - 234.7 milyon dollar; oktyabr - 202.6 milyon dollar; sentyab r- 164.5 milyon dollar; avqust - 93.9 milyon dollar; iyul- 272,7 milyon dollar; iyun - 78,9 milyon dollar; may- 277,2 milyon dollar; aprel- 286 milyon dollar; mart-383,9 milyon dollar; fevral- 356,6 milyon dollar və yanvar- 188,5 milyon dollar”, - deyə qeyd edib.

 O, vurğulayıb ki, 2023-cü ilin geridə qalan dövründə isə Mərkəzi Bankın hərraclarında bütövlükdə 3 milyard 143 milyon dollarlıq sifariş yaranıb.

Vüqar Bayramov bəzi aylar üzrə dollara artan tələbi belə izah edib:

 “Göründüyü kimi, mövsümü və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir. Qeyd edək ki, Azərbaycan idxalının artması da dollara tələb formalaşdırmaqdadır. Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollar idxal qeydə alınıb. Deməli, idxaldakı artımlar da dollara alışını artırır. Deməli, Azərbaycan üzən məzənnə rejiminə keçməsə də belə dollara tələbin artması müşahidə olunmaqdadır. Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir", - iqtisadçı-ekspert vurğulayıb.

 ***

Qəribəsi budur ki, il ərzində - iyun və avqust aylarında ən az dollar satışı baş verib. Halbuki həmin aylarda insanlar yay tətili olduğu üçün xarici səfərlərin də sayı çox olur, istirahət mərkəzlərinə üz tutanların da. Dollara tələbin artma səbəbini həm də bunda görsək, həmin aylarda dollar satışı da  çox olmalı idi. Amma əksinə baş verib…

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN